"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti artıb
"Yapı Kredi Bank Azərbaycan" QSC 2024-cü ili 12 milyon 375 min manat xalis mənfəət ilə başa vurub.
Bank 2023-cü ili 12 milyon 2 min manat xlis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə mqayisədə 373 min manat artıb.
Ötən il "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 13 milyon 362 min manat və ya 22,7% artaraq 72 milyon 70 min manat təşkil edib. Bankın cəmi əməliyyat xərcləri isə (faiz və qeyri-faiz xərcləri) 9 milyon 368 min manat və ya 21,8% artaraq 52 milyon 294 min manat olub.
2024-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 25 milyon 812 min manat və ya 8,8% artaraq 31 dekabr 2024-cü il tarixində 317 milyon 589 min manata çatıb. Bank 2023-cü ilin sonunda 291 milyon 777 min manat cəmi kredit portfelinə malik idi.
Xəbər yenilənəcək...


/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları