"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəətində 10 qat artım

"Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ili 12 milyon 2 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 1 milyon 153 min manat xalis mənfəət ilə bağlamışdı.  Beləliklə, "Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 10 milyon 849 min manat və ya 10,4 dəfə artıb. Xalis mənfəətin kəskin artması həm ötən il gəlirlərin artması, həm də Bankın mümkün zərərlər üçün yaradılan ehtiyatlara vəsait ayırmaması, əksinə ehtiyatdan vəsaitin qayıtması ilə əlaqədardır. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 58 milyon 708 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 42 milyon 926 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 782 min manat təşkil edib. Həmçinin mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olan 420 min manat mənfəətə əlavə edilib. "Yapı Kredi Bank Azərbaycan" 16 milyon 202 min manat mənfəətindən 4 milyon 200 min manat mənfəət vergisi ödəyib. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 45 milyon 126 min manat, cəmi əməliyyat xərcləri 34 milyon 950 min manat, əməliyyat mənfəəti 10 milyon 176 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 7 milyon 991 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırmış və 1 milyon 31 min manat mənfəət vergisi ödəmişdi. 
2023-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi gəlirlərinin 13 milyon 582 min manat artmasına qarşılıq, cəmi xərcləri 7 milyon 976 min manat artıb. Gəlirlər xərclərdən daha çox artığı üçün, Bankın əməliyyat mənfəəti də 5 milyon 606 min manat daha çox olub. 
Xəbər yenilənəcək...

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes