Yapı Kredi, Texnologiyada Fürsət Bərabərliyi proqramını Azərbaycana gətirdi

Yapı Kredi, Texnologiyada Fürsət Bərabərliyi proqramını Azərbaycana gətirdi®Yapı Kredi, inklüzivlik və fürsət bərabərliyi istiqamətində sosial investisiyalarını beynəlxalq miqyasda genişləndirməyə davam edir. Bank, Birləşmiş Millətlər Təşkilatının Təhsil və Tədqiqat İnstitutuna (UNITAR) bağlı İdarəçilər və Liderlər üçün Beynəlxalq Təlim, Tətbiq və Tədqiqat Mərkəzi (CIFAL Istanbul) və Bahçeşehir Universiteti (BAU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi və 80 min qadına çatan "Texnologiyada Fürsət Bərabərliyi" Proqramını Türkiyədən sonra ilk dəfə Azərbaycana gətirdi.
Yapı Kredi Bank Azərbaycan tərəfindən icra olunan proqram çərçivəsində qadınlar; böyük məlumat, süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik və əşyaların interneti kimi gələcəyin bacarıq sahələrini əhatə edən geniş bir təhsil prosesini tamamladı. Təhsillərini uğurla başa vuran iştirakçılar Bakıda keçirilən sertifikat mərasimində sənədlərini aldılar. Sertifikat mərasimində Bahçeşehir Universitetinin rektor müşaviri, UNITAR CIFAL İstanbul direktoru, professor doktor Çisil Sohodol və Bahçeşehir Universitetinin professoru Yücel Batu Salman da çıxış edərək proqramın əhəmiyyəti və beynəlxalq təcrübələr barədə fikirlərini bölüşdülər.
"Davamlı inkişaf üçün texnologiyanın transformativ gücünü əlçatan edirik"
Yapı Kredi Bank Azərbaycan Baş Direktoru Mete Şamil Öztürk sertifikat mərasimində etdiyi çıxışda proqramın Azərbaycana gətirilməsi ilə bağlı bunları bildirdi: "Yapı Kredi Bank Azərbaycan olaraq, yalnız maliyyə xidmətləri təqdim edən bir qurum olmaqdan kənara çıxmağı; cəmiyyətə dəyər qatan, transformasiyanı mənimsəyən və gələcəyi formalaşdıran bir struktur olmağı məsuliyyətimizin bir hissəsi kimi görürük. Bu yanaşma ilə Azərbaycanda genişləndirilən "Texnologiyada Fürsət Bərabərliyi" proqramı bizim üçün inklüzivlik vizyonumuzun konkret bir təzahürü oldu. Çünki bilirik ki, davamlı inkişaf yalnız imkanların bərabər bölüşdürüldüyü və potensialın cinsiyyətlə məhdudlaşmadığı bir dünyada mümkündür.
Texnologiya bu gün güclü bir bərabərləşdirici rol oynayır. Lakin bu gücün həqiqətən transformativ olması üçün hər kəs tərəfindən əlçatan olması vacibdir. Cinsiyyət, iqtisadi şərtlər və ya coğrafi məhdudiyyətlər nə olursa olsun, hər kəsin texnologiyaya çıxışının olması, onu anlaması və bərabər şəkildə istifadə edə bilməsi daha inklüziv bir cəmiyyətin əsasını təşkil edir. "Texnologiyada Fürsət Bərabərliyi" layihəmizlə iştirakçılarımıza yalnız bu günün deyil, gələcəyin dünyasına da hazırlaşa biləcəkləri geniş bir bacarıq dəsti təqdim edirik.
Türkiyədə başlayan və çox uğurlu nəticələr əldə edilən bu layihənin Azərbaycana gətirilməsi isə bizim üçün ayrıca bir qürur mənbəyidir. Yapı Kredi Bank Azərbaycan olaraq bu qlobal vizyonun bir hissəsi olmaqdan böyük məmnunluq duyuruq."
Yapı Kredi, Texnologiyada Fürsət Bərabərliyi proqramını Azərbaycana gətirdiYapı Kredi, Texnologiyada Fürsət Bərabərliyi proqramını Azərbaycana gətirdiYapı Kredi, Texnologiyada Fürsət Bərabərliyi proqramını Azərbaycana gətirdiYapı Kredi, Texnologiyada Fürsət Bərabərliyi proqramını Azərbaycana gətirdi/ banker.az

Banklar     Tarix: 16 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler valyuta kurslari leobank kart bu gunun xeberleri bitkoin qiymeti