Yaponiya Mərkəzi Bankı mənfi faiz dərəcəsini saxlayır
Hazırda Dünyada mənfi faiz dərəcəsini tətbiq edən yeganə mərkəzi bank olan Yaponiya Mərkəzi Bankı (BOJ) bu mövqeyini qoruyub.
Marja.az xəbər verir ki, Bank faizini mənfi 0,1 faiz səviyyəsində sabit saxlayıb. BOJ-ın qərarında mənfi faiz dərəcələrinin gələn il sona çatacağına dair mesajlar yer almayıb.
Kazuo Uedanın sədrlik etdiyi mərkəzi bank, mənfi faiz dərəcələrindən imtina etməzdən əvvəl maaşların inflyasiyanı daimi dəstəklədiyini görmək istəyir.
Bir müddət əvvəl, Uedanın parlamentdəki çıxışında ilin sonuna doğru işlərin çətinləşəcəyini söyləməsi mənfi faiz dərəcələrindən imtina ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olmuş və bu spekulyasiyalar nəticəsində Yapon valyutası yen dəyər qazanıb.
Qərardan əvvəl 142,64-dən ticarət edilən dollar/yen məzənnəsi kəskin yüksələrək 143,78-ə yüksəlib.
Qərar ilə əlaqədar press-relizdə müsbət faiz dərəcələrinə keçid olacağı barədə mesaj olmasa da, bazarlar bankın 2024-cü ilin aprelində mənfi faiz dərəcələrindən imtina edəcəyini qiymətləndirir.
Mənfi faiz dərəcəsi ilə pul siyasəti bazarı stimullaşdırmağa və əsas istehlakçı inflyasiyasını 2% səviyyəsinə çatdırmağa yönəlib. Son aylarda inflyasiya Yaponiya Mərkəzi Bankının hədəfini keçib, lakin yanvar ayında 4,2%-lik pik həddinə çatdıqdan sonra onun səviyyəsi tənzimləyicinin əvvəlcədən proqnozlaşdırdığı kimi azalmağa başlayıb və noyabr ayına qədər 2,9%-ə düşüb.

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?