Yaranan müsbət ticarət saldosu keçən illə müqayisədə azalıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 35 milyard 376 milyon dollar (60 milyard 138 milyon manat) təşkil edib.
Biznes.az xəbər verir ki, göstərici 2025-ci ilin ilk 9 ayında məxsusdur.
Dövlət Gömrük Komitəsinə istinadən verilən məlumata əsasən xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 877,3 milyon dollar (1 milyard 491 milyon manat) və ya 2,5% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 34 milyard 498 milyon dollar (58 milyard 647 milyon manat) olmuşdu.
Azərbaycan 2025-ci ilin ilk 9 ayında 18 milyard 606 milyon dollar (31 milyard 631 milyon manat) həcmində məhsul ixrac edib.
İxrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 248 milyon dollar (2 milyard 122 milyon manat) və ya 6,3% azalıb.
Nəzərə çatdıraq ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 19 milyard 855 milyon dollar (33 milyard 753 milyon manat) dəyərində məhsul ixrac olunmuşdu.
Bu il 9 ayında ümumi ticarət dövriyyəsinin 52,60%-ı ixracın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,55% olub.
Hesabat dövründə Azərbaycana 16 milyard 769 milyon dollar (28 milyard 507 milyon manat) həcmində məhsul idxal edilib.
Bu da illik müqayisədə dəyər ifadəsilə 2 milyard 126 milyon dollar (3 milyard 614 milyon manat) və ya 14,5% çoxdur.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 14 milyard 643 milyon dollar (24 milyard 893 milyon manat) dəyərində məhsul idxal olunmuşdu.
Bu il 9 ayında ümumi ticarət dövriyyəsinin 47,40%-ı idxalın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 42,45% olub.
Yekunda, Azərbaycanın xarici ticarətində 1 milyard 837 milyon dollar (3 milyard 124 milyon manat) müsbət saldo yaranıb. Müsbət ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 374 milyon dollar (5 milyard 736 milyon manat) və ya 2,9 dəfə azalıb.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?