Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurduYelo Bank 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində Bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapital göstəriciləri isə güclənib.
Kredit portfeli ilin əvvəlindən 61,2 milyon manat artaraq 1 milyard 150 milyon manata çatıb. Artımın əsas hissəsi biznes kreditlərinin payına düşür. Real sektorun maliyyələşdirilməsi Bankın prioritetində qalmağa davam edir və biznes kredit portfeli 46,9 milyon manat böyüyərək 721 milyon manata yüksəlib. İstehlak kredit portfeli isə ilin əvvəlindən 14,4 milyon manat artaraq 430 milyon manata çatıb.
Bankın təklif etdiyi əmanət şərtlərinin cəlbediciliyi sayəsində fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata çatıb. Ümumi əmanət portfeli isə rübün sonuna 1 milyard 91 milyon manat təşkil edib. Bankın ümumi aktivləri eyni dövrdə 43 milyon manat artaraq 1 milyard 559 milyon manat olub.
Gəlirlər də artım tempini qoruyub. Faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 17,4% artaraq 154 milyon manata çatıb, xalis faiz gəliri isə 8,8% artımla 88 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 7 milyon manat olub.
Bankın kapital bazası da möhkəmlənib. Məcmu kapital ilin əvvəlindən təxminən 14 milyon manat artaraq 189 milyon manata çatıb. Məcmu kapitalın adekvatlıq əmsalı 14,35%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69% təşkil edir. Hər iki göstərici tələb olunan normanı üstələyir və ilin əvvəli ilə müqayisədə yüksəlib.
Bank xidmətləri, eləcə də kredit kalkulyatoru ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

16 oktyabr 2026-cı ildə Bakıda Beynəlxalq Risk Forumu keçiriləcək. Forumun təşkilatçısı ABB-dir. Mastercard şirkəti də tədbirə tərəfdaşlıq dəstəyi göstərir. Forum maliyyə sektorunun rəhbər menecerlərini, tənzimləyici qurumları

"VTB Azərbaycan" 9 ayda 20 faizdən çox böyüyüb - 7,7 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB

"VTB Azərbaycan" ASC 2026-cı ilin ilk 9 ayını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin sonu ilə müqayisədə bankın aktivləri 20,1%, kredit portfeli 24,8%, depozit portfeli isə 50,7% artıb

"Bank Melli İran"ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb

İranın "Bank Melli İran" bankının Bakı filialı 2026-cı ilin yanvar-sentyabr aylarını (cari ilin 9 ayını) 3 milyon 144 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 23

iTicket artıq ABB mobile-da

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB onlar üçün yeni imkanlar yaratmaqda davam edir! Artıq ölkənin aparıcı bilet satışı platforması iTicket də tam inteqrasiya olunaraq ABB mobile tətbiqinə əlavə edilib. . Bu möhtəşə

"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı

"Bank of Baku" ASC-nin aktivləri 2026-cı ilin ilk 9 ayında 413,84 milyon manat və ya 35,9% artaraq 1 milyard 566,32 milyon manata çatıb. banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti isə ötən ilin müvafi

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih

"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb

"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk doqquz ayını (yanvar-sentyabr) 9 milyon 246,8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,9% və ya 1 milyon 534,7 min mana

Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI

Azərbaycanda bank müştərilərinin 2026-c ilin sentyabr ayı üzrə bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi açıqlanıb. Azərbaycan Mərkəzi Bankına istinadən həmin indeksi təqdim edir:


iqtisadi xeberler valyuta kurslari birbank bitkoin almaq internetden pul qazanmaq