Yelo Bank ilə əmanətindən daha çox gəlir qazan
®Pul qazanmağı kim istəməz? Pulunun üstünə pul gəlməsi isə daha yaxşı fikirdir. İndi Yelo Bank-ın yüksək faizli "Yelo Sabit" məhsulunu seçən müştərilər daha çox gəlir qazanır. Belə ki, Bank əmanət faizlərini 12%-dək artırıb. Qazancını evdə saxlamaqdansa, Yelo Bank-a əmanət et, vaxt puluna işləsin. AZN valyutası ilə 18 və 24 ay müddətinə yerləşdirilmiş əmanətlər müddətin sonunda 12% gəlir qazandırır. Üstəlik qazandığın əlavə gəliri hədiyyə edilən kart vasitəsilə hər ay əldə edə və ya müddətin sonunda götürə bilərsən.
Pulunu etibarlı sərmayəyə çevirmək istəyənlər "Yelo Sabit"dən faydalanmaq üçün ən yaxın Yelo Bank filialına yaxınlaşa və ya Yelo App-də onlayn əmanətlə bu prosesi vaxt itirmədən daha da tezləşdirə bilərlər. Bunun üçün Yelo App-də "Əlavələr" menyusundan "Onlayn Əmanət"i seçərək, yeni əmanət yaratmaq üçün məlumatları daxil etmək kifayətdir.
Üstəlik doğma Bakımızı daha da yaşıllandırmaq məqsədilə 31 oktyabr 2024-cü il tarixinədək Yelo Bank-da istər onlayn, istər filialda açılan əmanətçilərin adına ağac əkiləcək. Bu təşəbbüsə qoşulan əmanətçilərə Yelo mobil tətbiqində ekosertifikat təqdim olunacaq və ilsonu Yelo komandasının iştirakı ilə keçiriləcək aksiyada sertifikat almış müştərilərin adına ağac əkiləcək.
Yelo Bank-da fiziki şəxslərin əmanət portfeli son hesabat rübü ərzində 60,7 mln manat artıb ki, bu da əhalinin Bank-a olan inam və etibarının göstəricisidir. Sən də gəlirini güvənli şəkildə artırmaq üçün Yelo Bank-a müraciət edə bilərsən. Xatırladaq ki, Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin Sığortalması Fondunun qaydalarına uyğun olaraq 100 000 AZN-dək sığortalanır. Ətraflı məlumat üçün: Bank xidmətləri () haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ƏDV geri al və onun üstünlükləri
Layihə menecmenti nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Biznes plan necə yazılır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət