"Yelo Bank" ilk üç rübdə 17 milyon manat xalis mənfəət əldə edib

"Yelo Bank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını faiz gəlirləri 17,4% artaraq 153,52 milyon manata yüksəlib. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub və illik müqayisədə 17,1% artıb.
Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, faiz xərcləri isə 28,7% artaraq 61,3 milyon manata çatıb. O cümlədən depozitlər üzrə faiz xərcləri 30,3% yüksələrək 57,47 milyon manat təşkil edib. Nəticədə xalis faiz gəlirləri 8,8% artaraq 87,73 milyon manat olub.
Qeyri-faiz gəlirləri 41,7% azalaraq 6,98 milyon manata, haqq və komissiya gəlirləri 12,7% azalaraq 7,37 milyon manata enib. Qeyri-faiz xərcləri 2,9% artaraq 66,62 milyon manata çatıb. Bunun 35,31 milyon manatı əməkhaqqı və kompensasiyalara sərf edilib. Mümkün zərərlər üçün ayrılan məqsədli ehtiyatlar 6,53 milyon manat təşkil edib.
17,26 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründəki 24,82 milyon manatla müqayisədə 30,5% və ya 7,57 milyon manat azdır. Vergidən əvvəlki mənfəət 24,2% azalaraq 21,56 milyon manat olub.
Sentyabrın sonuna bankın aktivləri ilin əvvəli ilə müqayisədə 2,9% artaraq 1,56 milyard manata yüksəlib. Ümumi kredit portfeli 5,6% artaraq 1,15 milyard manata çatıb. Bunun 720,45 milyon manatı biznes, 319,1 milyon manatı istehlak, 110,74 milyon manatı daşınmaz əmlak kreditləridir.
Depozit portfeli 0,3% azalaraq 1,09 milyard manat olub. Fiziki şəxslərin depozitləri 1,6% artaraq 945,75 milyon manata, hüquqi şəxslərinki isə 11,1% azalaraq 145,52 milyon manata düşüb.
Bankın nağd pul vəsaitləri 88,9% artaraq 310,47 milyon manata yüksəlib, digər banklardakı depozitləri isə 92,6% azalaraq 12,94 milyon manata enib.
Bankın kapitalı 10,3% artaraq 194,66 milyon manat, öhdəlikləri 1,9% artaraq 1,36 milyard manat təşkil edib. Bankın balansında bölüşdürülməmiş zərər 196,42 milyon manat olub. Əməliyyat fəaliyyətindən 29,14 milyon manat xalis pul çıxışı qeydə alınıb.

Banklar     Tarix: 14 oktyabr 2026

Oxşar xəbərlər

"Azərbaycan Sənaye Bankı"nın 5.4 mln. manat xalis mənfəət əldə edib

"Azərbaycan Sənaye Bankı" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 5,43 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 5,3% çoxdur. banka istinadən xəbər verir ki, xərclərin gəlirlərdən dah

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutad

İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb

2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunmuşdur. 2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2% (2 mln. manat) artaraq 123 mln. manat

"Visa" Çinin daxili ödəniş bazarına giriş üçün ilkin icazə alıb

ABŞ ödəniş texnologiyaları şirkəti "Visa" Çin Xalq Bankından ölkədə bank kartları üzrə klirinq qurumu yaratmaq üçün hazırlıqlara başlamaq icazəsi alıb. Şirkətin oktyabrın 13-də açıqladığı qərar dünyanın ən böyü

"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb

"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk doqquz ayını (yanvar-sentyabr) 9 milyon 246,8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,9% və ya 1 milyon 534,7 min mana

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə"

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 20% artıb

"Yapı Kredi Bank Azərbaycan" 2026-cı ilin ilk doqquz ayında 9,25 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövründən 19,9% çoxdur. Faiz gəlirləri 38,8% artaraq 51,78 milyon manata, qeyri-faiz gəlirlər

ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb

KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib. KPMG-dən -a verilən məlumata görə, bu tranzaksiya ABB-nin coğraf

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib


iqtisadi xeberler dollar mezenne biznes ideyalari internetden pul qazanmaq dollar kursu