Yelo Bank-ın dəstəyi ilə növbəti "SHE Congress" uğurla başa çatdı
®Yelo Bank bu il də regionun qadın liderliyinə həsr olunmuş ən böyük tədbiri — "SHE Congress 2025″in əsas tərəfdaşı oldu. Konqres bu dəfə "Beyond Now – Creating What Lives On" (Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq) mövzusu ilə qadınların şəxsi və peşəkar inkişafı üçün aktual mövzular ətrafında müzakirələrə ev sahibliyi etdi.
Fərqli sahələrdə uğurları ilə seçilən 500-dən çox yerli və xarici iştirakçının qatıldığı tədbirdə, qadın liderlərin qarşılaşdıqları çağırışlar, innovativ yanaşmalar və inklüzivliyin biznesə verdiyi töhfələr əsas diqqət mərkəzində oldu.
Yelo Bank-ı tədbirdə İdarə Heyəti sədr müavini Günay Cəlilova təmsil edib. O, öz açılış nitqində biznesdə qadın liderliyinin gücləndirilməsi, uğur üçün davamlı inkişafın vacibliyindən söz açıb. Günay xanım qeyd edib ki, biznesdə və karyerada ən vacib prinsiplərdən biri tək uğurla kifayətlənməmək, davamlı inkişaf və yeniliklərə açıq olmaqdır. Bundan başqa bilik və təcrübələrimizlə başqalarına mentorluq edərək, dəstək zənciri yarada bilərik ki, bu özü də davamlı inkişafın təzahürüdür.
Tədbir ilhamverici çıxışlar, uğur hekayələri və səmərəli şəbəkələşmə imkanları ilə yadda qalıb. Eyni zamanda Yelo Bank tərəfindən təşkil olunan püşkatma çərçivəsində bəzi iştirakçılar qabaqcıl bank məhsullarını hədiyyə qazanıb.
Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyasının əsas sütunlarından biri kimi bərabərlik, müxtəliflik və inklüzivliyi dəstəkləyir. Bank inanır ki, qadınların gücləndirilməsi daha dayanıqlı cəmiyyət və daha güclü iqtisadiyyatın formalaşmasına aparan vacib addımdır. Bu səbəbdən Yelo Bank gələcəkdə də qadın liderliyini təşviq edən təşəbbüslərin yanında olacaq.
Yelo Bank kredit şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!







/ banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes təlimlər və tədris üsulları
Mcdonalds françayzinqi neçiyədir?