Yelo Bank-ın İdarə Heyətinin üzvü Amerika Ticarət Palatasının komitə sədri seçilib
Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilovaya Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasında (AmCham) yeni vəzifə verilib. Bundan sonra xanım Cəlilova palatanın Bankçılıq, Maliyyə və Sığorta Komitəsinin sədri kimi də fəaliyyət göstərəcək.
Bu haqda Banker.az Yelo Bank-ın paylaşımına istinadən xəbər verir.
Bundan qabaq isə o, sözügedən Komitənin sədr müavini idi. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 300-dən çox şirkətin üzv olduğu nüfuzlu AmCham təşkilatı 1996-cı ildən fəaliyyət göstərir. Komitə maliyyə sahəsinə təsir edən məsələlərin müzakirəsi üçün platforma rolunu oynamaqla yanaşı, həm də dövlət qurumları ilə birlikdə sektorun maraqlarını müdafiə edir.
Günay Cəlilova bank sektorunda 20 illik təcrübəyə sahibdir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Həmçinin, İngiltərənin nüfuzlu "Warwick" biznes məktəbini "Executive MBA" istiqaməti üzrə bitirib. O, Yelo Bank-dakı fəaliyyətinə 2020-ci ildə İnkişaf İdarəsinin Baş Direktoru olaraq başlayıb. 2021-ci ilin yanvar ayından etibarən isə Bankın İdarə Heyətinin sədr müavinidir.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Startup nədir və necə olur?
IBAN nədir?
Onlayn biznes ideyaları
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?