Yelo Bank-ın yay təcrübə proqramının iştirakçıları seçildi

Yelo Bank-ın yay təcrübə proqramının iştirakçıları seçildi®Yelo Bank-ın ənənəvi "Summer Challenge 2023" – yay təcrübə proqramının iştirakçıları bəlli oldu. 1300-dən çox müraciət əsasında istedadı ilə fərqlənən 21 tələbə seçilərək, təcrübə proqramında iştirak hüququ qazandılar. Yelo Bankın Baş ofisində seçilmiş iştirakçılar ilə tanışlıq görüşü keçirilib. Görüşdə iştirakçılara Yelo dəyərləri, məhsulları, buradakı peşəkar inkişaf imkanları haqqında məlumat verildi. Bundan başqa düzgün CV hazırlanması və müsahibə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı qısa təlim də keçirildi. Qeyd edək ki, təcrübəçilər maliyyə, insan kapitalı, hüquq, pərakəndə bankçılıq, İT, marketinq və digər departamentlərdə Yelo komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.
"Yelo Summer Challenge" istedadı olan, lakin təcrübəsi olmayan tələbələr və yeni məzunlar üçün yaradılmış parlaq karyera fürsətidir. Təcrübə müddəti boyunca bu fürsəti ən yaxşı şəkildə dəyərləndirib, fərqlənən iştirakçıları Yelo Bank-da iş imkanı gözləyir. Bank sosial məsuliyyət strategiyasına sadiq qalaraq gələcəkdə gəncləri hədəfləyən layihələrini davam etdirəcək.  
Kredit karti sifarisi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank-ın yay təcrübə proqramının iştirakçıları seçildiYelo Bank-ın yay təcrübə proqramının iştirakçıları seçildi/ banker.az

Banklar     Tarix: 21 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne