"Yelo Bank"a 700 milyon manatdan çox vəsait daxil olub, Bankın göstəricilərində sıçrayış baş verib

2023-cü ildə "Yelo Bank"da depozitlər kəskin artıb.
Marja.az bankın maliyyə hesabatlarınıa istinadən xəbər verir ki, ötən il "Yelo Bank"da depozitlər 719 milyon 723  min manat və ya 125% (2,25 dəfə) artaraq 1 milyard 292 milyon 23 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 135 milyon 563 min manat artaraq 584 milyon 150 min manata, hüquqi şəxslərin depozitləri 584 milyon 160 min manat artaraq (5,3 dəfə) 720 milyon 595 min manata yüksəlib.
Depozitlərdəki böyük artım Bankın aktivlərində də əks olunub.  2023-cü ildə "Yelo Bank"ın cəmi aktivləri  744 milyon 917 min manat və ya 90,7% aratarq 1 milyard 566 miylon 452 min manata yüksəlib. Ötən il Bankda "Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" 581 milyon 107 min manat və ya 6,5 dəfə artaraq 687 milyon 293 min manata çatıb.
Keçən il "Yelo Bank"ın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 142 milyon 361 min manat artaraq 764 milyon 309 min manata yüksəlib. O cümlədən istehlak kreditləri portfeli 54 milyon 189 min manat artaraq 207 miylon 637 min manata, biznes kreditləri portfeli 87 milyon 127 min manat artaraq 483 milyon 128 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 46 min manat artaraq 73 milyon 544 min manat qalxıb.

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes