"Yelo Bank"ın xalis mənfəəti 4 dəfə artıb
®Yelo Bank 2023-cü ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə baxdıqda ötən il Yelo Bank-ın ili idi desək, yanılmarıq. İlk növbədə Bankın xalis mənfəəti il ərzində 4 dəfə artaraq 20 milyon manatı keçib.
– Ötən il Yelo Bank kredit portfelinin artım dinamikasını qoruyub saxlayıb. Ümumi kredit portfeli il ərzində 142 milyon, yəni 23% artaraq 764 milyon manat olub.
– Bankın strategiyasına uyğun olaraq kredit portfelinin mühüm hissəsini, yəni 63%-ni biznes kreditləri təşkil edir. Ötən il 466 milyon manat biznes krediti verilib. Bununla da, Bankın biznes kredit portfeli 22% artaraq 483 milyon manatı keçib.
– 2023-cü ildə 268 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli də 61 milyon, yəni 28% artaraq 281 milyon manat təşkil edir. Bu satışın 60%-dən çoxu onlayn kanalların payına düşür.
– Bankın fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 36% artaraq yarım milyarda yaxınlaşıb. Bu da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir.
– Eyni zamanda Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. İl ərzində faiz gəlirləri 30%-lik artımla 113 milyon, qeyri-faiz gəlirləri isə 21% artımla 12 milyon manata çatıb.
– Hesabat dövrünə Bankın məcmu kapitalı 109 milyon manatı ötüb. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 16 milyon manat daha çoxdur.
Ötən il Yelo Bank regionlarda xidmət şəbəkəsini genişləndirib. Xaçmaz, Tovuz və Masallıda rəqəmsal konseptli yeni filiallar müştərilərin xidmətinə verilib. 2024-cü ildə də Bankın parlaq bankçılıq konseptinə uyğun yeni filiallar istifadəyə veriləcək, o cümlədən, mövcud filiallar daha da təkmilləşdiriləcək.
Bankda depozit yerləşdirmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları