"Yelo Bank"ın xalis mənfəəti 4 dəfəyə yaxın artıb

"Yelo Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 8 milyon 724 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 2 milyon 352 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bankın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 6 milyon 372 min manat və ya 3,7 dəfə (271%) artıb.
Marja.az xəbər verir ki,"Yelo Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 32,6% aratraq 52 milyon 524 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 19,6% azalaraq 5 milyon 52 min manata düşüb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin ilk 6 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 57 milyon 576 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 55 milyon 352 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 224 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 6 milyon 500 min manat mənfəətə əlavə edilib və nəticədə mənfəət 8 milyon 724 min manata yüksəlib. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 6 ayında "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 45 milyon 886 min manat, cəmi əməliyyat xərcləri 44 milyon 856 min manat, əməliyyat mənfəəti 1 milyon 31 min manat təşkil etmişdi. Ehtiyatdan azad olan 1 milyon 321 min manatın hesabına mənfəət 2 milyon 352 min manata yüksəlmişdi. 
BANK BÖYÜYÜB
"Yelo Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 3,1% və ya 25 milyon 403 min manat artaraq 30 iyun 2023-cü il tarixində 846 milyon 939 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 9,9% və ya 61 milyon 627 min manat artaraq 683 milyon 576 min manata çatıb.
"Yelo Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 19 milyon 361 min manat və ya 3,4% aratraq 591 milyon 661 manata yüksəlib.  O cümlədən, fiziki şəxslərin depozitləri 12 miylon 783 min manat artaraq 448 milyon 647 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 579 min manat artaraq 143 milyon 14 min manata qalxıb.
30 İyun 2023-cü il tarixində "Yelo Bank" 96 milyon 911 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 20 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne