Yolun başlanğıcı: "PAŞA Həyat Sığorta" 15 yaşında
Bu il "PAŞA Həyat Sığorta" şirkəti 15 illik yubileyini qeyd edir. Həyat sığortası xidmətləri təqdim edən şirkət müştərilərinə 2010-cu ilin 24 noyabr tarixindən etibarən güvən və dəstək göstərir.
Bu illər ərzində müştərilərinin ehtiyaclarına uyğunlaşdırılmış məhsul və xidmətlərlə sektorda liderliyini qoruyan "PAŞA Həyat", həmçinin sosial məsuliyyət layihələrinə də önəm verərək cəmiyyətə fayda gətirmək istiqamətindəki fəaliyyətini davam etdirib.
"PAŞA Həyat" 24 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və 14 fevral 2011-ci ildə Azərbaycan Maliyyə Nazirliyinin lisenziyası ilə həyat sığortası xidmətləri göstərməyə başlamışdır.
Ötən 15 il ərzində şirkət böyük yol qət edərək ölkənin aparıcı həyat sığortası şirkətləri sırasında öz yerini tutub. Bu zaman kəsiyində PAŞA Həyat-ın qazandığı ən böyük nailiyyət isə müştərilərin dərin hörməti və sonsuz etibarıdır.
Eyni zamanda, "PAŞA Həyat" İcbari Sığorta Bürosunun iştirakçısıdır.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?