Yük sığortası üzrə ödənişlər 53% artıb

Yük sığortası üzrə ödənişlər 53% artıbYüklərin nəqliyyat sığortası üzrə sığorta ödənişləri 2026-cı ilin yanvar-avqustunda 589,3 min manat təşkil edib.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ötən ilin eyni dövründə bu rəqəm 386,4 min manat idi. Artım 202,9 min manat və ya 52,5% təşkil edib.
Sığorta haqları isə daha zəif – 8,8% artaraq 4 milyon 431,8 min manatdan 4 milyon 823,2 min manata yüksəlib.
Bunun nəticəsində ödənişlərin yığımlara nisbəti 8,7%-dən 12,2%-ə çatıb.
Yükdaşıyanların məsuliyyət sığortasında bu il ödəniş olmayıb
Yük daşıyanın mülki məsuliyyətinin sığortası üzrə 2026-cı ilin yanvar-avqustunda sığorta ödənişi qeydə alınmayıb. 2025-ci ilin eyni dövründə ödəniş 837,5 manat təşkil etmişdi.
Bununla yanaşı, bu sığorta növü üzrə yığımlar 29,2 min manatdan 50,1 min manata yüksəlib. Artım 71,5% təşkil edib.
Beləliklə, yığımların artmasına baxmayaraq, 2026-cı ilin ilk 8 ayında bu sinif üzrə ödəniş həyata keçirilməyib.

Banklar     Tarix: 25 sentyabr 2026

Oxşar xəbərlər

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarını konsolidasiyaya getməyə məcbur etmir. Bu barədə qurumdan bildirilib. "Konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası v

Avropadan Azərbaycana pul köçürmələri 56% artıb

2026-cı ilin ilk yarısında cədvəldə ayrıca göstərilən Avropa ölkələrindən Azərbaycana fiziki şəxslər tərəfindən ümumilikdə $109,3 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $69,9 milyonla müqayisədə 56,4% çoxdur

Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb

Kreditlərin sığortası üzrə ödənişlər 2026-cı ilin ilk 8 ayında azalıb. Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, ödənişlərin həcmi 2025-ci ilin yanvar-avqustundakı 47,2 min manatdan 33,6 mi

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir

Qazaxıstanda yaşayış icazəsi olmayan əcnəbilər bank hesabı və ödəniş kartı açarkən artıq sırf qeyri-rezident olduqları üçün avtomatik olaraq yüksək riskli müştəri hesab edilməyəcəklər. "Forbes Kazakhstan"a istinadə

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®

Expressbank biznesini genişləndirmək, fəaliyyətini inkişaf etdirmək və maliyyə ehtiyaclarını qarşılamaq istəyən mikro və aqro sahibkarlar üçün 100 00 manatadək mikro kredit təqdim edir. Belə ki, bu məhsul sahibkarlar üçü

"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb

"Monetri" Bank Olmayan Kredit Təşkilatı MMC 2026-cı ilin ilk yarısında aktivlərinin və kredit portfelinin artımını davam etdirib. xəbər verir ki, BOKT-un 30 iyun 2026-cı il tarixinə cəmi aktivləri 38 milyon 858,9

BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı İranı Milli Bankının ölkədə fəaliyyət göstərən filiallarına qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirib. Qərara əsasən, "Bank Melli İran"ın filialların


iqtisadi xeberler bitkoin birbank dollar məzənnəsi bu gunun xeberleri