Zamin durmaq şəxsin bankdan kredit götürmək imkanlarını məhdudlaşdıra bilərmi?

Zamin durmaq şəxsin bankdan kredit götürmək imkanlarını məhdudlaşdıra bilərmi?Vətəndaşları narahat edən məsələlərdən biri də zaminliyi olan şəxsin kredit götürmək üçün banka müraciət edərkən üzləşdiyi məhdudiyyətlərlə bağlıdır. Belə ki, bəzi hallarda banklar zaminliyi olan şəxsə kredit verməkdən imtina edir.
Mövzu ilə bağlı danışan vəkil Abbas Quliyev deyib ki, bankların bu qərarı başadüşüləndir, çünki zamin duran şəxs üzərinə borcalanla birlikdə eyni öhdəliyi götürür və borclu öz öhdəliyini icra etmədiyi müddətdə zamin buna görə məsuliyyət daşıyır.
"Zamin kredit alan ilə birlikdə eyni məsuliyyəti daşıyır. Vətəndaş borcu ödəyə bilmədiyi halda, borc zamindən tələb edilir. Ona görə də borclu öz öhdəliyini icra etmədiyi müddətdə bank zamin duran şəxsə kredit verməkdən imtina etməkdə haqlıdır", – deyə o bildirib.
Vəkilin sözlərinə görə, zaminin kredit götürməsi onun gəlirindən və zamin durduğu şəxsin götürdüyü kreditin məbləğindən asılıdır. A.Quliyev onu da bildirib ki, əgər borcalan kredit ödənişini gecikdirər və ya ödəməzsə, zaminin kredit tarixçəsi də mənfi qiymətləndirilir və onun kredit əldə etmək imkanını məhdudlaşdırır.
"Zamin duran şəxs gələcəkdə kredit götürərkən məhdudiyyətlərlə üzləşməmək üçün kredit tarixçəsində gecikmənin olmamasını istəyirsə, bu halda borclunun yerinə həmin pulu ödəyə və daha sonra qanunla müəyyən edilmiş qaydada əsas borcludan tələb edə bilər. Bunun üçün mülki hüquqda reqres iddia anlayışı mövcuddur. Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, zaminin bu hüquqdan istifadə etmək imkanı var", – deyə vəkil qeyd edib. / banker.az

Banklar     Tarix: 22 fevral 2023

Oxşar xəbərlər

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler valyuta kurslari valyuta xeberleri investisiya bitcoin qiymeti