Zaur Mustafayev "Caspian Energy Kazakhstan"ın sədri vəzifəsinə - TƏYİN OLUNUB

Zaur Mustafayev Zaur Mustafayev "Caspian Energy Kazakhstan"ın sədri vəzifəsinə təyin olunub.
FED.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, Zaur Mustafayev "Caspian Energy KAZAKHSTAN" Qazaxıstan ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq "Caspian Energy Forum Kazakhstan", "Caspian Energy Award Kazakhstan", "Brand Award Kazakhstan" və həmçinin Qazaxıstanın bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
 Zaur Mustafayev ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Mustafayev Azərbaycan və Qazaxıstan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb. Mənim yeni statusda ilk səfərim 26-30 sentyabr tarixlərində Almatı şəhərində təşkil olunan KİOGE və sərgi və konfrans çərçivəsində təşkil olunan görüşlər və biznes-turlar çərçivəsində keçiriləcək.
Mustafayev Zaur Bayram oğlu 01 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, 47 saylı orta məktəbdə təhsilə başlayıb. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Fizika Riyaziyyat və İnformatika Təmayüllü litseydə (FRİTL) təshil alıb. Elə həmin il liseyi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsinə daxil olmub. 2005-ci ildə ali təhsilini bakalavr dərəcəsi ilə başa vuraraq Gəncə şəhəri, Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsinə magistr dərəcəsinə daxil olaraq 2009-cu ildə fərqlənmə ilə bitirmişdir.
2001-2005-ci illərdə AZƏRİQAZNƏQL İstehsalat Birliyinin Avtomobil və Mexanizasiya Nəqliyyatı İdarəsində mühasib vəzifəsində işləyib.
2006-2007-ci illərdə Kapitalbank ASC Nizami filialında xəzinədar vəzifəsində çalışıb.
2007-2013-cü illərdə Azpetrol LTD MMC-də mühasib vəzifəsində işləmişdir.
2013-2016-cı illərdə BKR İŞIK İnternational şirkətində müqavilə əsasında audit qrupunun rəhbəri vəzifəsində çalışmışdır.
07.01.2016-cı ildə GOLDMOON MMC adlı şirkət açaraq həm təsisçi, həm direktor vəzifəsində çalışmışdır. 2021-ci ildə GOLDMOON MMC-nin adı və təşkilati hüquqi forması dəyişilərək ENERMUS QSC olmuşdur. Hazırda ENERMUS QSC-də həm təsisçi, həm müşahidə şurasının sədri pozisiyasındadır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialogunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var. 

Biznes     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

Transfer Pricing sənədləşməsinin əhəmiyyəti nədir?

Bu sənədləşmənin əsas məqsədi əməliyyata görə ikiqat vergi tutmanın qarşısını almaqdır. İqtisadi bazarda əsasən beynalxalq törəmə şirkətləri arasında aparılan Transfer Pricing yəni Transfer qiymətlərinin sənədləşməsi əməliyyat

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

"McDonald"s Azərbaycan" "Nizami Mall"da yeni restoran açıb - FOTOLAR

"McDonald"s Azərbaycan" "Nizami" metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən "Nizami Mall" ticarət mərkəzində yeni restoran açıb. xəbər verir ki, restoran "Nizam

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"


iqtisadi xeberler avtomobil xeberleri valyuta mezennesi bitkoin almaq online pul qazanmaq