Ziraat Bank Azərbaycan 10-cu ilini qeyd edir

Ziraat Bank Azərbaycan 10-cu ilini qeyd edir®Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinə müsahibə verib. Müsahibə zamanı o, Ziraat Bank Azərbaycanın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb. 
Dr. Selçuk Demir öz müsahibəsində bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində təqdim edilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, bankın 10 il ərzində gördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu gün isə artıq  bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğu bildirilib.
 Dr. Selçuk Demir, Ziraat Bank Azərbaycanın, dünyanın 19 ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olan Ziraat Maliyyə Qrupunun bir üzvü olduğunu xatırladıb. O, qeyd edib ki, bankın əsas səhmdarı olan T.C. Ziraat Bankasının 100-dən artıq müxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək, Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələr verməkdədirlər. Bunun sübutu olaraq 2022 və 2023-cü illərdə ardıcıl olaraq iki dəfə bank, Azərbaycanın "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank" mükafatına layiq görüldüyünü qeyd edilib. Ziraat Bank Azərbaycan xarici ticarət sahəsində məhsul çeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətli əməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyi hədəfləyib. Bankın stratejı prioritetlərindən birinin Azərbaycanın Türkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdə iştirak payının artırılması və xidmət keyfiyyətini hərtərəfli inkişaf etdirilməsi olduğu Dr. Selçuk Demir tərəfindən vurğulanıb.
Ziraat Bank Azərbaycanın xidmət şəbəkəsi haqqında danışan Dr. Selçuk Demir, filial sayını 11-ə çatdırmağı planlaşdırdıqlarını qeyd edib. O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir. "Yaxın günlərdə Naxçıvan və Neftçilər filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik və beləliklə, bu il ərzində filial sayımızı 11-ə çatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələrini də yaradırıq. Onlardan birincisini Qubada açacağıq," deyə bankın sədri məlumat verib.
Müsahibəsində insan resurslarının inkişafına toxunan Demir, Ziraat Bank Azərbaycan əməkdaşlarının T.C. Ziraat Bankasının Bankçılıq Məktəbində təhsil almalarını təmin etdiklərini vurğulayıb.
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri açıqlamanın sonunda alavə edib: "Azərbaycan bankları arasında ilk 10-luqda daimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarını qarşılamaqla yanaşı Azərbaycanın iqtisadi inkişafına dəstək göstərməyə davam edəcəyik, Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinə vasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnoloqiyasını inkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq, Ziraat Bank Azərbaycan yoluna davam edir".
Anadolu Ajans / banker.az

Banklar     Tarix: 08 yanvar 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"


iqtisadi xeberler depozit faizleri telefonla pul qazanmaq online pul qazanmaq investisiya