Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10-cu filialını açdı

Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10-cu filialını açdı®Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə Naxçıvan şəhərində yeni, 10-cu filialını müştərilərin istifadəsinə təqdim edib. Filial açılışından öncə Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındaki Baş Konsolu Asip Kaya və Bank rəhbərliyi Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramla onu yad ediblər. Heydər Əliyev adına olan muzeyi ziyarət edən Bank nümayəndələri, T.C. "Ziraat Bankası"nın Naxçıvan şəhərində nümayəndəliyin açılışı ilə bağlı 33 il öncə Ulu Öndər Heydər Əliyev tərəfindən yazılan təbrik mətni ilə tanış olublar. 
Filialın təntənəli açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasında Baş Konsolu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Elvib Əlimərdanov, Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova, Sahibkarlığın İnkişafı fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Azərbaycan Respublikası Naxçıvan İpoteka Fondunun İdarə Heyətinin sədri Yalçın Vəliyev, digər rəsmilər və dövlət xadimləri Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir ilə birlikdə rəmzi qırmızı lenti kəsərək bankın Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim etdilər.  
Təntənəli açılış tədbirində Baş Konsul çıxış edərək Ziraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasının Türkiyə-Azərbaycan ticari və iqtisadi münasibətlərinin inkişafına müsbət töhfə verəcəyini vurğuladı. Bankın sədri Dr. Selçuk Demir öz çıxışında Naxçıvan filialının açılışında iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi. Filialın açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli adından hər kəsi salamlayaraq,  Ziraat Bank Azərbaycanın əsas səhmdarı olan T.C. "Ziraat Bankası"-nın Türkiyənin ən önəmli banklarından biri olduğunu vurğulayaraq, Naxçıvanda bu filialın uğur qazanacağına inandığını bildirdi. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov öz çıxışında Ziraat Bank Azərbaycanın Naxçıvanda filial açmasının bank sektorunda rəqabətliliyin artmasına və inkişafına töhfə verəcəyini vurğuladı. Ziraat Bank Azərbaycanın sədri Dr. Selçuk Demir, öz müsahibəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycanın Naxçıvan Muxtar Respublikasında filial açmasında xarici ticarət əməliyyatlarında sahibkarla dəstək olmaqla yanaşı, real sektorun inkişafına böyük rol oynayacağına inandığını vurğuladı.
Filialın önündə rəmzi qırmızı lenti kəsən rəsmilər, Naxçıvan filialını müştərilərin istifadəsinə təqdim etdilər. Qeyd edək ki, filialın açılış tədbirində rəsmilərlə yanaşı bir çox sahibkarlar da iştirak etdilər.  Filial açılışından sonra Naxçıvanda Ziraat Bank Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləni Ziraat Bank Azərbaycanın İdarə Heyətinin üzvü və Satış qrupunun koordinatoru Ömer Yılmaz və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov imzaladılar. Müqaviləyə əsasən Ziraat Bank Azərbaycan Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaq. 
Qeyd edək ki, Ziraat Bank Azərbaycanın Naxçıvan filialı Atatürk küç. ev 9 ünvanında yerləşir və həftəiçi 9:00- 17:00 saat aralığında müştərilərinə xidmət göstərir. 
"Ziraat Bank Azərbaycan" ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 
Ziraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10-cu filialını açdıZiraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10-cu filialını açdıZiraat Bank Azərbaycan 10 illiyi münasibəti ilə 10-cu filialını açdı/ banker.az

Banklar     Tarix: 17 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler investisiya bu gunun xeberleri 1000 manatla biznes birbank