Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını təqdim edir

Ziraat Bank Azərbaycan 15 milyon AZN həcmində istiqraz emissiyasını təqdim edir®Ziraat Bank Azərbaycan 10.08.2026 tarixindən investorlar üçün ümumi həcmi 15 milyon AZN olan yeni istiqraz emissiyasını təqdim edir.
Yeni emissiya investorlara sabit gəlir əldə etmək imkanı yaratmaqla yanaşı, real sektorun və sahibkarlığın maliyyələşdirilməsinə, eləcə də Azərbaycanın kapital bazarının inkişafına töhfə verməyi hədəfləyir.
1 il müddətinə buraxılan istiqrazlar üzrə illik gəlirlilik 10,5% təşkil edir. Kupon (faiz)  ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 AZN təşkil edir. Bu isə müxtəlif məbləğlərdə investisiya etmək istəyən investorlar üçün istiqrazları əlçatan investisiya alətlərindən birinə çevirir.
Yeni istiqraz emissiyası çərçivəsində cəlb olunan vəsaitlərin bizneslərin maliyyələşdirilməsinə yönəldilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi aktivliyin təşviqinə töhfə verməsi nəzərdə tutulur.
Ziraat Bank Azərbaycan kapital bazarındakı fəaliyyətini genişləndirərək müştərilərinə və investorlara alternativ maliyyə alətləri təqdim etməyə, eyni zamanda investorlarla uzunmüddətli, etibarlı və şəffaf əməkdaşlıq münasibətləri qurmağa davam edir.
İstiqrazları necə əldə etmək olar?
Ziraat Bank Azərbaycanın yeni istiqrazları Paşa Kapital İnvestisiya Şirkəti və Birbank İnvest mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
Paşa Kapital vasitəsilə:
İnvestorlar Paşa Kapital ilə əlaqə saxlayaraq qeydiyyat linkini əldə edə bilərlər. Daha sonra SİMA İmza vasitəsilə qeydiyyatdan keçərək hərracda iştirak edə və istiqrazların alışını həyata keçirə bilərlər.
Birbank İnvest vasitəsilə:
İnvestorlar Birbank İnvest tətbiqində qeydiyyatdan keçərək istiqrazları birbaşa tətbiq üzərindən əldə edə bilərlər.
Abunə yazılışı müddəti: 10.08.2026-21.08.2026
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 10 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler kripto biznes qurmaq dollar məzənnəsi bitcoin qiymeti