Ziraat Bank Azərbaycan 2023-cü ili müsbət dinamikalar ilə başa vurub
Ziraat Bank Azərbaycan 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, hesabatlara əsasən Bank fəaliyyət göstərdiyi illər ərzində müşahidə edilən müsbət inkişaf dinamikasını davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, yayımlanan maliyyə hesabatlarına əsasən 2023-cü il ərzində bankın həm kredit, həm də depozit portfelində artım müşahidə edilib. Bankın depozit portfeli 29,46% artaraq 411 mln manatı keçib, bankın kredit portfeli isə 23,1% artaraq 391 mln manata çatıb. Qeyd edək ki, kredit portfelinin əsas payını verilmiş biznes kreditlər təşkil edir.
2023-cü il ərzində bankın aktivləri 20,38 % artaraq 636 mln manatı keçmişdir. Bankın cəmi kapitalı isə 117 mln manata çatmışdır. Ötən il ərzində Ziraat Bank Azərbaycan 25 mln manata yaxın əməliyyat mənfəəti qazanmışdır, bu da 2022-ci il ərzində qazanılan əməliyyat mənfəətindən 31,62% artıqdır. Bankın xalis mənfəəti isə 2022-ci il ilə müqayisədə 12,61% artaraq 8.513 mln təşkil etmişdir.
2023-cü il ərzində bankın Azərbaycan Respublikası İpoteka və Zəmanət fondu ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri 2022-ci ilin sonu ili müqayisədə 70% artaraq 6.5 mln manata çatmışdır.
Bank tərəfindən açıqlanan maliyyə hesabatlarına əsasən bank 2023-cü il ərzində fəaliyyətini uğurla tamamlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları