Ziraat Bank Azərbaycan 2023-cü ili uğurla tamamladı

Ziraat Bank Azərbaycan 2023-cü ili uğurla tamamladı®Ziraat Bank Azərbaycan 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb. Hesabatlara əsasən Bank fəaliyyət göstərdiyi illər ərzində müşahidə edilən müsbət inkişaf dinamikasını davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, yayımlanan maliyyə hesabatlarına əsasən 2023-cü il ərzində bankın həm kredit, həm də depozit portfelində artım müşahidə edilib. Bankın depozit portfeli 29,46% artaraq 411 mln manatı keçib, bankın kredit portfeli isə 23,1% artaraq 391 mln manata çatıb. Qeyd edək ki, kredit portfelinin əsas payını verilmiş biznes kreditlər təşkil edir.  
2023-cü il ərzində bankın aktivləri 20,38 % artaraq 636 mln manatı keçmişdir.  Bankın cəmi kapitalı isə 117 mln manata çatmışdır. Ötən il ərzində Ziraat Bank Azərbaycan 25 mln manata yaxın əməliyyat mənfəəti qazanmışdır,  bu da 2022-ci il ərzində qazanılan əməliyyat mənfəətindən 31,62% artıqdır. Bankın xalis mənfəəti isə 2022-ci il ilə müqayisədə 12,61% artaraq 8.513 mln təşkil etmişdir. 
2023-cü il ərzində bankın Azərbaycan Respublikası İpoteka və Zəmanət fondu ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri  2022-ci ilin sonu ili müqayisədə 70% artaraq 6.5 mln manata çatmışdır. 
Bank tərəfindən açıqlanan maliyyə hesabatlarına əsasən bank 2023-cü il ərzində  fəaliyyətini  uğurla tamamlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 15 yanvar 2024

Oxşar xəbərlər

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır


iqtisadi xeberler biznes ideyalari biznes krediti avtomobil xeberleri bitcoin