Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir

Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edirBu gün Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
"Ziraat Bank Azərbaycan" ASC  dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunu üzvüdür. Ziraat Bank Azərbaycan öz müştərilərinə 8 filialı ilə yanaşı rəqəmsal xidmət kanalları vasitəsi ilə də xidmət göstərməkdədir. Bank öz geniş müxbir şəbəkəsinin təmin etdiyi imkanlardan faydalanaraq müştərilərinin beynəlxalq ticarətdə ehtiyac duyduğu bankçılıq məhsul və xidmətləri ilə təmin edir.  Təsadüfi deyil ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən ardıcıl olaraq iki dəfə Azərbaycanda "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülüb.
Bank 9 illiyi ərəfəsində yeni, sayca 8-ci Babək filialını müştərilərinin istifadəsinə təqdim etmişdir. Yeni filialının açılışı zamanı Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir 2024-cü il ərzində Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və daha 3 filialının açılması haqqında məlumat vermişdir.
Ziraat Bank Azərbaycanın innovativ məhsul və rəqəmsal bankçılıq istiqamətində də bir çox uğurlarını qeyd etmək olar. Rəqəmsal satış və xidmət platformaları sayəsində Bankın müştəriləri qeyri-iş günlərində də bir çox bank əməliyyatlarını banka gəlmədən, rahatlıqla İnternet və Mobil Bankçılıq üzərindən həyata keçirə bilirlər.
Ziraat Bank Azərbaycan 9 illik fəaliyyəti dövründə müştərilərinə keyfiyyətli xidmətlər təqdim etməsi ilə  yanaşı, ölkənin bank sektoru üçün beynəlxalq təcrübəyə malik, peşakər mütəxəssislərinin yetişdirilməsi sahəsində uğurla fəaliyyət göstərmişdir. Belə ki, bank tərəfindən bu günədək 100-dən çox əməkdaş Türkiyədə fəaliyyət göstərən T.C. Ziraat Bankası A.Ş-in Bankçılıq məktəbinə təhsil almaq üçün ezam edilmişdir. Qeyd etmək lazımdır ki, bu əməkdaşların böyük əksəriyyəti yeni iş fəaliyyətinə başlayan gənclərdir. Ziraat Bank Azərbaycan rəhbərliyi,  işə yeni başlayan gənc kadrların beynəlxalq bankçılıq təcrübəsinə əsasən hazırlanmasının  Bankın əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir.
Ziraat Bank Azərbaycan rəhbərliyi 9 illik uğurlu fəaliyyəti üçün bankın işçi heyətinə və onlarla birlikdə addımlayan müştərilərinə dərin təşəkkürünü ifadə etmişdir. Biz də öz növbəmizdə Bankı 9 yaşı münasibətilə təbrik edir, uzun illər müştərilərinin xidmətində olmasını arzu edirik! / banker.az

Banklar     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler valyuta kurslari bank faizleri biznes qurmaq online pul qazanmaq