Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir

Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir(®) Bu gün Ziraat Bank Azərbaycan 9 yaşını qeyd edir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
 "Ziraat Bank Azərbaycan" ASC  dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunu üzvüdür. Ziraat Bank Azərbaycan öz müştərilərinə 8 filialı ilə yanaşı rəqəmsal xidmət kanalları vasitəsi ilə də xidmət göstərməkdədir. Bank öz geniş müxbir şəbəkəsinin təmin etdiyi imkanlardan faydalanaraq müştərilərinin beynəlxalq ticarətdə ehtiyac duyduğu bankçılıq məhsul və xidmətləri ilə təmin edir.  Təsadüfi deyil ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən ardıcıl olaraq iki dəfə Azərbaycanda "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülüb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bank 9 illiyi ərəfəsində yeni, sayca 8-ci Babək filialını müştərilərinin istifadəsinə təqdim etmişdir. Yeni filialının açılışı zamanı Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir 2024-cü il ərzində Bankın xidmət şəbəkəsinin genişləndirilməsi və daha 3 filialının açılması haqqında məlumat vermişdir. 
Ziraat Bank Azərbaycanın innovativ məhsul və rəqəmsal bankçılıq istiqamətində də bir çox uğurlarını qeyd etmək olar. Rəqəmsal satış və xidmət platformaları sayəsində Bankın müştəriləri qeyri-iş günlərində də bir çox bank əməliyyatlarını banka gəlmədən, rahatlıqla İnternet və Mobil Bankçılıq üzərindən həyata keçirə bilirlər. 
Ziraat Bank Azərbaycan 9 illik fəaliyyəti dövründə müştərilərinə keyfiyyətli xidmətlər təqdim etməsi ilə  yanaşı, ölkənin bank sektoru üçün beynəlxalq təcrübəyə malik, peşakər mütəxəssislərinin yetişdirilməsi sahəsində uğurla fəaliyyət göstərmişdir. Belə ki, bank tərəfindən bu günədək 100-dən çox əməkdaş Türkiyədə fəaliyyət göstərən T.C. Ziraat Bankası A.Ş-in Bankçılıq məktəbinə təhsil almaq üçün ezam edilmişdir. Qeyd etmək lazımdır ki, bu əməkdaşların böyük əksəriyyəti yeni iş fəaliyyətinə başlayan gənclərdir. Ziraat Bank Azərbaycan rəhbərliyi,  işə yeni başlayan gənc kadrların beynəlxalq bankçılıq təcrübəsinə əsasən hazırlanmasının  Bankın əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir.
Ziraat Bank Azərbaycan rəhbərliyi 9 illik uğurlu fəaliyyəti üçün bankın işçi heyətinə və onlarla birlikdə addımlayan müştərilərinə dərin təşəkkürünü ifadə etmişdir. Biz də öz növbəmizdə Bankı 9 yaşı münasibətilə təbrik edir, uzun illər müştərilərinin xidmətində olmasını arzu edirik! / marja.az

Banklar     Tarix: 30 dekabr 2023

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti depozit faizleri valyuta kurslari