Ziraat Bank Azərbaycan Bakının Babək prospektində sayca 8-ci filialının açılışını etdi

Ziraat Bank Azərbaycan Bakının Babək prospektində sayca 8-ci filialının açılışını etdi®Ziraat Bank Azərbaycan 9 illiyi ərəfəsində yeni, 8-ci filialını müştərilərin istifadəsinə təqdim etdi. Açılışda Türkiyə Respublikasının Səfiri Doç. Dr. Cahit Bağcı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, millət vəkilləri Nizami Səfərov və İlham Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir rəmzi qırmızı lenti birlikdə kəsərək bankın "Babək" filialını müştərilərin istifadəsinə təqdim etdilər. Bank tərəfindən qeyd edilmişdir ki, yeni filialının "Babək Plaza" –da açılmasında məqsəd Bakı şəhərinin Xətai rayonunda yerləşən sahibkarlara keyfiyyətli və operativ bank xidmətlərinin göstərilməsidir.
Dünyanın 17 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan beynəlxalq ticarətdə istifadə edilən bank məhsul və xidmətlərini öz geniş müxbir şəbəkəsi vasitəsilə təqdim etmək imkanına da sahibdir. Xətai rayonu, Babək prospekti 12A ünvanında yerləşən Ziraat Bank Azərbaycanın yeni Babək filialı da vurğulanan xidmətlə yanaşı "Bir Bankdan Daha Artıq" şüarına uyğun olaraq həm hüquqi, həm də fiziki şəxslərə geniş çeşidli bank xidmətlərini göstərəcəkdir. Öz müasirliyi və funksionallığı ilə seçilən filial həftənin beş günü saat 09:00-dan 17:00-dək müştərilərin xidmətində olacaqdır.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Ziraat Bank Azərbaycan Bakının Babək prospektində sayca 8-ci filialının açılışını etdiZiraat Bank Azərbaycan Bakının Babək prospektində sayca 8-ci filialının açılışını etdi/ banker.az

Banklar     Tarix: 28 dekabr 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler valyuta kurslari bank faizleri biznes qurmaq online pul qazanmaq