Ziraat Bank Azərbaycan Mobil Bankıçılıq tətbiqi ilə Türkiyədəki zəlzələdə zərər çəkənlərə dəstək olmaq daha da asanlaşdı

Ziraat Bank Azərbaycan Mobil Bankıçılıq tətbiqi ilə Türkiyədəki zəlzələdə zərər çəkənlərə dəstək olmaq daha da asanlaşdı®Ziraat Bank Azərbaycan Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələdə zərər çəkənlərə yardım etmək istəyən müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platforması vasitəsilə ilə daha rahat şəkildə yardımın icrası məqsədilə əsas səhifədə "AFAD" qurumuna ianələr üçün xüsusi düymə yaratmışdır.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan həm filialları, həm də rəqəmsal platformaları vasitəsi ilə zəlzələdən zərər çəkənlər üçün köçürmələri fəlakətin baş verdiyi ilk gündən bəri komissiyasız və ƏDV-siz icra edir.  
Bank həmvətənlərimizin daha aydın və rahat şəkildə ianələrini köçürməsi məqsədi ilə  iki növdə fərqli izahedici video təlimatlarını da hazırlamışdır.Təlimatlarda istər Ziraat Bank Azərbaycan bankının müştərisi, istərsə də müştərisi olmayan şəxslər ianə etmə üsulları ilə bağlı aydın şəkildə tanış olub, dəstək məqsədli köçürmələrini rahat icra edə bilərlər. 
Bank müştəriləri üçün Mobil Bankçılıq tətbiqi və İnternet Bankçılıq platformasında köçürmənin icra edilməsi ilə bağlı açıqladığı videonu izləyicilərmizin diqqətinə çatdırırıq. 
Ziraat Bank Azərbaycan baş vermiş təbii fəlakətdə zərər çəkənlərə yardım etmək istəyən, amma müştərisi olmayan həmvətənlərimiz üçün də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi saytında ianə edilməsi imkanı haqqında video təlimat da hazırlamışdır. 
Təlimatda göstərilir ki, agentliyin rəsmi saytında "Deprem Bağış Hesapları" səhifəsinə keçid alaraq ölkədaxili banklara məxsus istənilən valyuta növündə kart ilə "AFAD" qurumunun TL, USD, EUR valyutalı hesablarına yardımı asanlıqla həyata keçirmək olar. 
Bank xüsusilə bildirmişdir ki,  ianənin köçürulməsi zamanı qeyd olunan vəsaitdən vergi tutulmur.
İanə üçün bəhs edilən videonu izləyərək, növbəti linkə keçid alıb yardım etmək istəyən həmvətənlərimiz köçürmələrini asanlıqla icra edə bilərlər. Link:  
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 


/ banker.az

Banklar     Tarix: 09 fevral 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler bank faizleri rubl mezenne emlak xeberleri en son xeberler