Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib.
Yeni Visa Infinite kartı sahibinə yalnız ödəniş vasitəsi deyil, gündəlik həyatda və səyahətlərdə rahatlıq, prestij və fərqli imtiyazlar təqdim edən xüsusi maliyyə həllidir.
Kart sahibləri dünya üzrə milyonlarla ödəniş nöqtəsində təhlükəsiz alış-veriş imkanından yararlanmaqla yanaşı, premium xidmətlər, səyahət üstünlükləri və fərdi yanaşma ilə tanış olacaqlar.
Visa Infinite kartının əsas üstünlükləri:
- Sərfəli faizlə kredit imkanları
- Premium xidmətlər
- Səyahətlər zamanı əlavə rahatlıq və üstünlüklər
- Yüksək təhlükəsizlik standartları ilə ödəniş imkanı
- Gündəlik alış-verişlərdə rahat və çevik istifadə
- Visa-nın qlobal tərəfdaş şəbəkəsindən yararlanmaq imkanı
Visa Infinite kartı sahibinə həm işgüzar, həm də şəxsi səfərlərdə daha komfortlu təcrübə yaşamaq üçün hazırlanıb.
Ziraat Bank Azərbaycan müştərilərinin ehtiyaclarına uyğun innovativ bank məhsulları təqdim etməyə və premium xidmət standartlarını inkişaf etdirməyə davam edir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
/ marja.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
AZCON Holdinq-də – YENİ TƏYİNAT
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes təlimlər və tədris üsulları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Evdə biznes qurmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?