"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni üzv təyin edilib
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkibinə daxil olan Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib.
Banker.az xəbər verir ki, dövri yerdəyişmə planına əsasən "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasının üzvü Korcan Şahin öz vəzifəsini Kadir Kenan Severe təhvil verib. Kadir Kenan Sever T.C. Ziraat Bankasında Daxili Nəzarət və Risklərin İdarəedilməsi Departamentində və Bankın Audit Departamentində çalışıb və müfəttiş vəzifəsinədək yüksəlib.
Daha sonraki illərdə Pərakəndə Kreditlərinin Ayrılması və İdarə Olunması Departamentində müdir və Ziraat Bank Türkiyə filiallarında filial müdiri kimi çalışıb. 2025-ci ildə Pərakəndə Kreditlərin Ayrılması və İdarə Olunması – 1 departamentinin rəhbəri olaraq fəaliyyətini davam etdirib.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?