Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" çoxcildlik monoqrafiyasının təqdimatı keçirilib

Ziyad Səmədzadənin AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" çoxcildlik monoqrafiyasının təqdimatı keçirilib.
İnstitutdan bildirilib ki, ilk olaraq Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov çıxış edərək, "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün böyük töhfə kimi dəyərləndirib.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, çoxcildliyin ərsəyə gəlməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 31-də AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndirdiyi fikirlər, təklif və tövsiyələr olub. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti baza kimi götürülüb.
Daha sonra alimlər İlqar Niftəliyev, Cəbi Bəhramov, Əsədulla Cəfərov, Hacı Həsənov, Mais Əmrahov, Müşfiq Atakişiyev, Məhiş Əhmədov öz çıxışlarında akademik Ziyad Səmədzadəni müasir Azərbaycan iqtisadiyyatının konseptual məsələlərinin araşdırıcılarından biri kimi xarakterizə edərək, alimin son əsərini də dövlətçiliyimizin iqtisadi əsaslarının möhkəmlənməsi işinə böyük töhfəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildlik fundamental monoqrafiyasında ölkə iqtisadiyatının 1918-ci ildən başlayaraq tarixi, əsas problemləri araşdırılır və təhlil edilir. Monoqrafiya müəllifin uzun illər gərgin əməyinin, müşahidələrinin, elmi tədqiqatlarının nəticəsidir.
Çoxcildlikdə respublika iqtisadiyyatının keçən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə keçirilməsini şərtləndirən amillər, müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyi, iqtisadiyyatının strukturunun şaxələndirilməsi, tarazlı inkişafı, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi kimi taleyüklü əhəmiyyət kəsb edən məsələlərə müəllifin baxışları, tövsiyələri ən vacib metodoloji baza kimi müəyyənləşdirilib.
Hər cildin strukturu xronoloji-problem əsasında qurulub. Monoqrafiya zəngin arxiv sənədləri, mətbuat materialları, statistik məlumatlar əsasında yazılıb. I-IV cildlər son 100 ildə Azərbaycan iqtisadiyyatına, sonuncu V cild həmin dövr ərzində Qarabağın iqtisadiyyatına həsr olunub.
I cilddə AXC dövründə həyata keçirilən və yarımçıq qalan sosial-iqtisadi tədbirlər, Sovet Azərbaycanın ilk onilliklərində yeni bolşevik hakimiyyətinin həyata keçirdiyi iqtisadi islahatlar, Böyük Vətən müharibəsi illərində Bakı neftinin qələbədə rolu, ikinci Bakının yaradılması, Bakının silah-sursat istehsalı mərkəzinə, mühüm su və quru nəqliyyat qovşağına çevrilməsi, 1950-1970-ci illərdə Azərbaycanda xalq təsərrüfatının inkişaf səviyyəsi və sürəti, sənayenin inkişafını müəyyən edən amillər kimi məsələlər araşdırılıb.
II cilddə XX əsrin ikini yarısından Azərbaycanın müstəqilliyinin bərpasına qədər olan dövrdə respublikanın kənd təsərrüfatının inkişafında baş vermiş dəyişikliklər, ölkə iqtisadiyyatının maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı tikintinin və nəqliyyatın inkişafı, müstəqilliyin bərpasından sonra yeni iqtisadi konsepsiyanın hazırlanması və onun mahiyyəti kimi məsələlər araşdırılır.
III cilddə müstəqilliyin ilk illərində dərin iqtisadi-siyasi böhranın səbəbləri və nəticələri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlət müstəqilliyinin qorunması üçün müəyyən etdiyi strategiyanın əsas istiqamətləri, neft strategiyasının mahiyyəti, reallaşması və nəticələri, dövlətimizin pul-kredit siyasətinin formalaşması, ölkənin büdcə sisteminin qanunvericilik bazasının yaradılması, onun gəlir və xərclərinin strukturu, ölkənin xarici borclanma strategiyası, aqrar sektorda islahatların aparılması, nəqliyyat kompleksinin əsas inkişaf istiqamətləri, sənaye istehsalının tənəzzülünün dayandırılması və davamlı inkişafı kimi məsələlər araşdırılır.
IV cilddə Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə regionların inkişaf strategiyasının prioritet istiqamətləri, bu istiqamətdə proqramların həyata keçirilməsi, respublikanın enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, sahibkarlıq mühitində yeni imkanların yaradılması, əhaliyə dövlət xidmətlərinin göstərilməsində yeni dövlət institutlarının yaradılması (ASAN Xidmət), özünüməşğulluq proqramlarının həyata keçrilməsi, ev təsərrüfatının inkişaf dinamikası, təhsil və elm sahəsində aparılan islahatların ölkənin iqtisadi tələblərinə uyğunlaşıdırılması və digər məsələlər öz əksini tapıb.
V cilddə Azərbaycanın Qarabağ bölgəsinin iqtisadi inkişaf xüsusiyyətlərinə qısa tarixi baxış, Azərbaycan SSR-nin tərkibində DQMV-nin yaradılması və onun sosial-iqtisadi inkişaf uğurları, Ermənistanın Qarabağa və Şərqi Zəngəzura hərbi təcavüzünün bu bölgələr üçün ağır iqtisadi nəticələri, Ulu Öndər Heydər Əliyevin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yorulmaz fəaliyyəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağ və Şərqi Zəngəzurun erməni işğalçılarından azad edilməsindən sonra bu bölgələrin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi, işğal nətiəsində dağıdılmış iqtisadi infrastrukturun yenidən bərpası, "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən sosial-iqtisadi layihələr, yeni quru və hava nəqliyyatı yollarının tikilməsi, Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyəti, su və enerji sisteminin yenidən qurulması və digər məsələlər öz əksini tapıb.
Ziyad Səmədzadənin Ziyad Səmədzadənin Ziyad Səmədzadənin Ziyad Səmədzadənin Ziyad Səmədzadənin Ziyad Səmədzadənin Ziyad Səmədzadənin Ziyad Səmədzadənin / marja.az

Maraqlı     Tarix: 23 fevral 2023

Oxşar xəbərlər

İki od arasında: Qazaxıstanın cəsarətli planı — yüksək texnologiyalı gələcək

Qazaxıstan Rusiya və Çin arasında yüksək texnologiyalı vasitəçi yolunu seçir və indi dünya investorlarını bu strategiyanın perspektivli olduğuna inandırmalıdır. Astana dünyanın ən qeyri-adi paytaxtlarından biridir. Orta Asiyanı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək. Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndəriləcək. /

Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək

Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblər təsdiq ediləcək. Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi ilə bağlı fərman imzaladığı "Ümumi təhsil haqqında" qanun

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Düyü böhranı: məşhur kənd təsərrüfatı bitkisi planetə niyə zərər verir?

Düyü milyardlarla insanı qidalandırır, lakin onun iqlim dəyişikliyinin dərinləşməsindəki rolu getdikcə artır. Düyü dünya əhalisinin yarıdan çoxunun əsas qida mənbəyidir. Cənub-Şərqi Asiyanın terraslı düyü sahələrindən Çi

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd

Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir

Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir. Yuanla hesablaşmalar İran və Rusiyaya dollar əməliyyatları üzərindəki nəzarətdən yayınaraq ticarət aparmağa, xüsusilə də neft satmağa imka

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir

() Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir. Proqrama qəbu

Çinin iştirakı olmadan robot hazırlamaq niyə demək olar mümkün deyil?

Çində elektromobil sənayesinin inkişafı robototexnika üçün komponentlərin istehsalına güclü təkan verib. Bu gün Çin şirkətləri robotları digər bazar iştirakçılarının hələ təmin edə bilmədiyi miqyasda və qiymətlərlə istehsa


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri dollarin kursu bu gun dollar kursu