2023-də Azərbaycanın xaricdən mal əti idxalı 72,5 faiz artıb

2023-də Azərbaycanın xaricdən mal əti idxalı 72,5 faiz artıbÖlkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 17,5 faizi Çin, 13,3 faizi Türkiyə, 5,3 faizi Almaniya, 5,1 faizi ABŞ, 4,0 faizi Türkmənistan, 2,8 faizi İtaliya, 2,7 faizi İran, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,3 faizi Fransa, 2,0 faizi Birləşmiş Krallıq, 1,9 faizi Belarus, 1,4 faizi Ukrayna, hər biri 1,2 faiz olmaqla Qazaxıstan, Braziliya və Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Özbəkistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.  
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2023-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, təzə tərəvəz – 5,8 faiz, meyvə və tərəvəz şirələri – 44,2 faiz, meyvə və tərəvəz  konservləri – 17,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 5,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 46,2 faiz, polipropilen – 65,9 faiz, polietilen – 24,8 faiz, mineral gübrələr – 0,6 faiz, sement klinkerləri – 13,9 faiz, pambıq ipliyi – 29,7 faiz, bentonit gili – 6,3 faiz artmış, kartof ixracı isə 9,1 faiz, şəkər – 42,2 faiz, bitki yağları – 30,5 faiz, tütün – 55,9 faiz, çay – 58,9 faiz, pambıq lifi – 7,6 faiz, emal olunmamış alüminium – 23,3 faiz, qara metallardan çubuqlar – 16,4 faiz, qara metallardan borular – 18,4 faiz, qara metallardan yarımfabrikatlar – 57,9 faiz azalmışdır. 
2022-ci illə müqayisədə 2023-cü ildə unlu qənnadı məmulatları idxalı 9,7 faiz, şokolad və şokolad məhsulları – 11,8 faiz, mal əti – 72,5 faiz, təzə tərəvəz – 6,9 faiz, siqaretlər – 71,7 faiz, minik avtomobilləri – 28,4 faiz, polad prokatı – 28,9 faiz, qara metallardan borular – 64,1 faiz, hesablama maşınları, blok və qurğuları – 13,3 faiz, rezin şinlər – 16,7 faiz, yük avtomobilləri – 42,2 faiz, sintetik yuyucu vasitələr – 9,6 faiz, mebellər – 13,8 faiz, polietilen – 22,9 faiz, mineral gübrələr – 32,7 faiz, paltaryuyan maşınlar – 38,2 faiz, qara metallardan çubuqlar – 4,7 faiz, qara metallardan künclüklər – 28,3 faiz, polipropilen – 42,7 faiz, məişət soyuducuları – 51,4 faiz artmış, buğda idxalı isə 9,1 faiz, xam şəkər – 19,7 faiz, bitki yağları – 15,0 faiz, təzə meyvə – 0,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,6 faiz, çay – 5,1 faiz, kartof – 12,7 faiz, quş əti və onun əlavə məhsulları – 16,0 faiz, dərman vasitələri – 1,2 faiz, məişət kondisionerləri – 4,3 faiz, avtobuslar – 60,8 faiz, sement – 25,3 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 14 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi