2023-də ən çox məbləğdə və sayda güzəştli kredit verən banklar açıqlandı – Siyahl
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat ayırıb.
Banker.az SİF-ə istinadən xəbər verir ki, ötən il sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Aqrarkredit" QSC BOKT, "AccessBank" QSC və "Yelo Bank" ASC fərqlənib.
2023-cü ildə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Paşa Bank" ASC, "Rabitəbank" ASC və "Expressbank" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidir. Bu kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir. Müvəkkil kredit təşkilatlarının tam siyahısı Fondun rəsmi internet saytında yerləşdirilib.



"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dropshipping nədir?
Bill Qeyts kimdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
İlon Mask kimdir?
ZARA-nın uğur hekayəsi