"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın 2024-cü il üzrə icra statusu açıqlanıbdı
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən ötən il təsdiqlənmiş "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın 2024-cü il üzrə icra statusu açıqlanıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Strategiyada maliyyə sektoru üzrə müəyyənləşdirilmiş strateji fəaliyyətlərin icrasına dair hesabat hazırlanaraq Mərkəzi Bankın rəsmi veb-səhifəsində yerləşdirilib.
Hesabatda 31 dekabr 2024-cü il tarixinə plan üzrə icra olunan fəaliyyət istiqamətlərindən əlavə, həm də gecikən fəaliyyət istiqamətləri üzrə məlumatlar da öz əksini tapıb. Hesabatda, həmçinin hər sektor üzrə əsas nailiyyətlər, növbəti addımlar və ehtimal olunan kəmiyyət xarakterli potensialın 2024-cü ilin sonuna olan göstəriciləri üzrə təhlillər də qeyd olunub.
Xatırladılıb ki, üçillik Strategiya maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, həmçinin şәffaflıq və dayanıqlılığının gücləndirilməsi kimi strateji məqsədləri özündə əks etdirir.
"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın 2024-cü il üzrə icra statusu ilə bağlı hesabatı nəzərdən keçirmək üçün bu linkə daxil ola bilərsiniz: / marja.az

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Dropshipping nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Evdə biznes qurmağın yolları
Birbank xidmətinə necə qoşulmaq olar?
Bitcoin nədir?