2024-ün sonunda güzəşt müddəti bitir - Həyatın yaşam sığortasının artım tempində azalma müşahidə edilir

2024-ün sonunda güzəşt müddəti bitir - Həyatın yaşam sığortasının artım tempində azalma müşahidə edilir2025-ci ilin yarımilinə olan məlumatlara əsasən Azərbaycan sığorta bazarında 16 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 11-i isə qeyrihəyat sığorta şirkətidir. Sığorta sektorunun fəaliyyəti həmçinin 22 sığorta brokeri və 488 sığorta agenti vasitəsilə təmin edilmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2025-ci ilin 1-ci yarımil Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, sığorta sektoru artım potensialını reallaşdırmaqdadır. 2025-ci ilin ilk yarımilində toplanmış sığorta haqları ötən ilin ilk yarımilinə nisbətdə 12.7% (92 mln. manat) artaraq 817 mln. manata çatmışdır. Sığorta haqların 58%-i həyat sığorta siniflərindən, 42%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşmışdır. Həyat sığortası üzrə yığım 17.3 % (70 mln.manat) artaraq 475 mln. manat, qeyri-həyat sığortası üzrə isə 6.9% (22 mln.manat) artaraq 342 mln. manat təşkil etmişdir. Həm həyat sığortası, həmdə qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olmuşdur.
Həm icbari, həm də könüllü sığorta üzrə artım müşahidə edilir. 2025-ci ilin ilk yarımilində həm icbari, həm də könüllü sığorta haqları üzrə ötən ilin ilk yarımilinə nisbətdə artım müşahidə edilmişdir. İcbari sığorta sinifləri 6% (11 mln. manat) artaraq 195 mln. manat, (orta illik artım dinamikası 11%), həyat sığortası üzrə könüllü sığorta sinifləri 18% (64 mln. manat) artaraq 422 mln. manat, (orta illik artım dinamikası 22%), qeyri-həyat sığortası üzrə könüllü sığorta sinifləri 9% (17 mln. manat) artaraq 200 mln. manat (orta illik artım dinamikası 8%) təşkil etmişdir.
Həyat sığortası üzrə yığımlarda artımın əsas qüvvəsi həyatın yaşam sığortası sinfi olmuşdur. Həyatın yaşam sığortası sinfi üzrə yığılmış sığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 19% (63 mln. manat) artaraq 401 mln. manata çatmışdır. 2024-cü ilin 31 dekabr tarixindən həyatın yaşam sığortasında güzəşt müddətinin bitməsi səbəbi ilə dövlət sektorunda çalışan sığortalıların yeni sığorta müqaviləsi bağlamaması səbəbindən sığorta haqlarının artım tempində azalma müşahidə edilsədə, son göndərilən haqların intensivliyinin artması 2025-ci ilin birinci yarımilində həmin sinif üzrə sığorta haqların artmasını dəstəkləmişdir. Həyatın yaşam sığortası sinfi üzrə yığılmış sığorta haqları həyat sığortası üzrə yığımların 85%-i təşkil edir. Son 5 il ərzində həmin sığorta sinfinin həyat sığortası üzrə yığımlarda payı 73%-dən 85%-ə yüksəlmişdir.
Qeyri-həyat sığortası üzrə yığımlarda ən böyük pay tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası siniflərinə düşür. Tibbi sığorta sinfi üzrə yığılmış sığorta haqları qeyri-həyat sığortası üzrə yığımların 26%-i, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə yığılmış sığorta haqları isə qeyri-həyat sığortası üzrə yığımların 25%-i təşkil edir. Qeyri-həyat sığortası üzrə yığımlarda artımın əsas qüvvəsi tibbi sığorta, əmlakın yanğından və digər risklərdən sığortası və avtonəqliyyat vasitələrinin sığortası sinifləri olmuşdur. Tibbi sığorta sinfi üzrə yığılmış sığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 9% (7 mln.manat) artaraq 88 mln.manat , əmlakın yanğından və digər risklərdən sığortası sinfi üzrə yığılmış sığorta haqları 23% (7 mln. manat) artaraq 39 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə isə 22% artaraq (6 mln. manat) 33 mln. manat olmuşdur.
Sığorta haqları üzrə təmərküzləşmədə nəzərə çarpacaq dəyişiklik müşahidə olunmur. HHİ indeksinə əsasən 2025-ci ilin birinci yarımilində həyat və qeyri-həyat sığorta sektorunda nəzərə çarpacaq dəyişiklik müşahidə edilməmişdir. Belə ki, indeks həyat sığortası üzrə 230 vahid azalaraq 6941, qeyri-həyat sığortası üzrə isə 8 vahid azalaraq 3220 təşkil etmişdir.
Təkrarsığortaya ötürülən müqavilələr üzrə hesablanmış təkrarsığorta haqlarının (TSH) sığorta haqlarında payı aşağı olaraq qalmaqdadır. 2025-ci ilin ilk yarımili ərzində təkrarsığortaya ötürülən təkrarsığorta haqları ötən ilin müvafiq dövrünə nisbətdə 1% (0.6 mln. manat) azalaraq 60 mln. manat olmuşdur. Ötürülən təkrarsığorta haqlarının sığorta haqlarında payı 7.4% təşkil etmişdir. Ötürülən təkrarsığorta haqlarının 6%-i (3.55 mln. manat) həyat sığorta sinifləri, 94%-i isə (57 mln. manat) qeyri-həyat sığorta siniflərinin payına düşür. Həyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 0.7%-i, qeyrihəyat sığorta sahəsi üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta sahəsi üzrə yığılmış sığorta haqlarının 16.6%-i təşkil etmişdir.
Təkrarsığortaya ötürülən risklər əsasən yüksək kredit reytinqli xarici təkrarsığortaçılarda mitiqasiya olunmuşdur. 2025-ci ilin ilk yarımili ərzində xarici təkrarsığortaçılara ötürülən təkrarsığorta haqları 35 mln.manat olmuşdur. 2023-cü ilin noyabr ayında qəbul edilmiş risklərin xarici təkrarsığortaçılarda sığortalanması qaydası təkrarsığorta haqlarının əsasən yüksək kredit reytinqli təkrarsığortaçılara ötürülməsinə təsir etmişdir. Belə ki, xarici təkrarsığortaçılara ötürülən təkrarsığorta haqlarının 59%-i (20.7 mln.manat) I qrup ("AA-" kredit raytinqdən yüksək), 37%-i (13 mln.manat) II qrup ("A-" dan "A+" dək), 3%-i (1.2 mln.manat) isə III və IV qrup ("BB-" dan "BBB+" dək) xarici təkrarsığortaçılara ötürülmüşdür. Xarici ölkələrə ötürülmüş təkrarsığorta haqlarının 40%- i (14 mln.manat) Birləşmiş Krallığın, 20%-i (7 mln.manat) Almaniyanın, 8%-i (2.7 mln.manat) isə Fransanın payına düşmüşdür.
2025-cü ilin ilk yarısında sığorta ödənişlərinin həcmində artım müşahidə edilmişdir. 2025-ci ilin birinci yarımilinə verilmiş sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 25% (87 mln. manat) artaraq 432 mln. manata çatmışdır. Sığorta ödənişlərinin 70%-i həyat sığorta siniflərindən, 30%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşmışdır. Birinci yarımil ərzində həyat sığortası üzrə sığorta ödənişləri 29% artaraq 303 mln. manat, qeyri-həyat sığortası üzrə isə 16% artaraq 129 mln. manat təşkil etmişdir. Həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta, qeyri-həyat sığortası üzrə artımının əsas qüvvəsi isə icbari sığorta sinifləri olmuşdur. 
Həyat sığortası üzrə sığorta ödənişlərində artımın əsas qüvvəsi həyatın yaşam sığortası sinfi olmuşdur. Həyatın yaşam sığortası sinfi üzrə sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 28.4% artaraq 298 mln. manata çatmışdır. Həmin sığorta sinfi üzrə sığorta ödənişləri həyat sığortası üzrə verilmiş sığorta ödənişlərinin 98.3%-i təşkil etmişdir.
Qeyri-həyat sığortası üzrə sığorta ödənişlərinin əsas qüvvəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və tibbi sığorta sinifləridir. Həm tibbi sığorta sinfi, həm də avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi üzrə sığorta ödənişləri qeyri-həyat sığortası üzrə ödənişlərin 30%-dən yuxarıdır. Qeyri-həyat sığortası üzrə sığorta ödənişlərində artımın əsas qüvvəsi avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfi olmuşdur. Həmin sığorta sinfi üzrə verilmiş sığorta ödənişləri ötən ilin müvafiq dövrünə nisbətdə 29.9% artaraq 64 mln. manat təşkil etmişdir. Son 5 il ərzində avtonəqliyyat  sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sinfinin qeyri-həyat sığortası üzrə sığorta ödənişlərində payı 30%-dən 50%-ə yüksəlmişdir.

Banklar     Tarix: 08 oktyabr 2025

Oxşar xəbərlər

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb. 6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər "Expressbank" və "Kapital Bank" tərəfində

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb

"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon  manata çatıb. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib ki, ötürülən portfelin böyük hissəs

"Naxçıvanbank"ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik

Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesa

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri leobank kart dollar məzənnəsi