2026-cı ilin ilk yarısında aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQ

2026-cı ilin ilk yarısında aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQAzərbaycanda fəaliyyət göstərən banklar arasında aktivlərin mənfəətliliyi (Return on Assets – ROA) üzrə lider 2026-cı ilin ikinci rübünün yekunlarına görə Bank Melli İran Bakı filialı olub. Bankın ROA göstəricisi 3,83% təşkil edib.
Banker.az-ın tərtib etdiyi renkinqə əsasən, ikinci yerdə Bank VTB (Azərbaycan) 3,46%, üçüncü yerdə isə Kapital Bank 3,34% ROA ilə qərarlaşıb. İlk beşliyi ABB (3,27%) və AccessBank (3,15%) tamamlayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük yaxşılaşma ABB-də qeydə alınıb. Bankın ROA göstəricisi 2,21%-dən 3,27%-ə yüksələrək 1,06 faiz bəndi artıb. Sonrakı yerlərdə Kapital Bank (+0,92 faiz bəndi), Unibank (+0,73 faiz bəndi), Premium Bank (+0,84 faiz bəndi) və Expressbank (+0,70 faiz bəndi) qərarlaşıb.
Ən böyük geriləmə isə Bank Avrasiyada müşahidə olunub. Bankın aktivlərin mənfəətliliyi 4,52%-dən 0,86%-ə enərək 3,66 faiz bəndi azalıb. Bundan başqa, Yelo Bankın ROA göstəricisi 1,27 faiz bəndi, AFB Bankın 1,65 faiz bəndi, Bank Melli İran Bakı filialının 1,38 faiz bəndi, PAŞA Bankın isə 0,62 faiz bəndi aşağı düşüb.
ROA (Return on Assets) bankın aktivlərindən nə dərəcədə səmərəli istifadə edərək mənfəət əldə etdiyini göstərən əsas göstəricilərdən biridir və xalis mənfəətin orta aktivlərə nisbəti əsasında hesablanır.2026-cı ilin ilk yarısında aktivlərindən ən yaxşı istifadə edən banklar – RENKİNQ

Banklar     Tarix: 22 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti