27 noyabr tarixindən etibarən LPO "Muğanbank" ASC də qorunan əmanətlər üzrə kompensasiyalarin ödənişlərinə başlanılacaq
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə "Muğanbank" ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Muğanbank" ASC-də sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.
Məlumat üçün bildiririk ki, kompensasiyaların ödənilməsi 27 noyabr 2023-cü il tarixindən başlayaraq həyata keçiriləcək. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az / banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Hazır bizneslərdə ən çox edilən 5 səhv
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyada ən çox oxunan 5 kitab
5 liderlik göstəricisi