"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
Bu ilin əvvəlindən Aqrar Sığorta Fonduna ümumilikdə 40 milyon manatlıq məhsulu əhatə edən müqavilələr üzrə zərər barədə məlumat daxil olub.
Bunu Fondun sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfransında bildirib.
"Havaların, ümumiyyətlə, iqlimin kəskin dəyişməsi, dünyada baş verən təbiət hadisələrin sayında kəskin artıma səbəb olub. Bu, ölkəmizdən də yan keçməyib. Bilirik ki, fevral ayının sonunda havaların şaxtalı keçməsi, hətta may ayında yağışların olması istehsalçılarımızı çətin duruma salıb. Dolular, şaxta vurmalar, leysanlar istehsalçıları zərərlə üz-üzə qoyub. Biz də öz müvafiq ekspertizalar həyata keçirmişik və ilin sonuna qədər bu ekspertizalar tamamlandan sonra, mərhələli şəkildə ödənişlər ediləcək. İlin sonuna qədər dedikdə bu o demək deyil ki, fond prosesi uzadır. Sadəcə ölkəmizdə taxılı biçimi avqusta kimi gedir, pambıq istehsalçıları isə noyabr-dekabrda yığımla məşğuldur. Yəni yığım bitəndən sonra fond təzminatlar ödəyəcək",-deyə o qeyd edib.
Xatırladaq ki, pambıq sahələrinə ən çox zərər vuran hadisələr leysan yağışları, dolu, eləcə də sel-subasma hallarıdır. Belə ki, ümumi sığorta ödənişlərinin yarıdan çoxu – 743 min manatı sentyabr-oktyabr aylarında yağan leysan yağışlarının payına düşür. Dolu hadisələri üzrə 253 min manat, sel-subasma halları üzrə isə 172 min manat sığorta ödənişi hesablanıb.
Ümumilikdə indiyə qədər pambıq sahələrinin aqrar sığortası çərçivəsində fermer və təsərrüfatlara edilən ödənişlərin ümumi məbləği 2,5 milyon manatı keçib. 2024-cü il hadisələri üzrə 1,2 milyon manat zərər ödənişi hesablanmış fermer və təsərrüfatların pambıq sığortası üzrə ödədiyi sığorta haqlarının ümumi məbləği 249 min manat təşkil edib. Başqa sözlə, pambıq sığortası üzrə ödənişlər həmin təsərrüfatlar üzrə həyata keçirilmiş sığorta haqlarından 4 dəfə artıqdır.
© "Report"

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?