5 bankda xüsusi ehtiyatlara ayırmalar 15 milyon manatdan çoxdur
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin hər birinin xüsusi ehtiyatlara ayırmaları 15 milyon manatdan çox olub.
Bunlar, "Azərbaycan Beynəlxalq Bankı" (ABB, 93,8 milyon manat), "Kapital Bank" (84,9 milyon manat), "Unibank" (27,7 milyon manat), "Turan Bank" (19,8 milyon manat) və "PAŞA Bank"dır (17,6 milyon manat).
Qalan 17 bankdan 1-də xüsusi ehtiyatlara ayırmalar 10-15 milyon manat arasında, 11 bankda isə 10 milyon manatdan az olub. 5 bank xüsusi ehtiyatlara vəsait ayırmayıb, başqa sözlə qənaət edib. Qənaətin ən yüksək həddi "Xalq Bank"da (5,3 milyon manat, ən aşağı həddi isə "Bank VTB Azərbaycan"da (0,6 milyon manat) qeydə alınıb.
Son 1 ildə 22 bankdan 10-nun xüsusi ehtiyatlara ayırmaları artıb. Ən yüksək dinamika "Bank BTB"də (4,9 dəfə), ən aşağı dinamika isə ABB-də (5,8%) qeydə alınıb.
4 bankın isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma "Bank Avrasiya"da (89,8%), ən az azalma isə "Unibank"da (19,7%) qeydə alınıb.
2 bank – "Xalq Bank və "Bank VTB Azərbaycan" xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti artırıb (müvafiq olaraq 3,3 dəfə və 35,2%), 2 bank – İran Milli Bankının Bakı filialı və "Bank of Baku" isə xüsusi ehiyatlara ayırmalar üzrə qənaəti azaldıb (müvafiq olaraq 51,1% və 54,3%). 3 bank – "Yelo Bank", "Premium Bank" və "Azərbaycan Sənaye Bankı" xüsusi ehtiyatlara qənaətdən ayırmalara keçib, 1 bank – "AFB Bank" isə xüsusi ehtiyatlara ayırmalardan qənaətə keçib.
Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Whatsapp biznesin üstünlükləri nələrdir?
İban nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?