ABB daha bir mühüm addım atıb - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzaladı
Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB ölkəmizdə həyat tərzi bankçılığının inkişafı istiqamətində daha bir mühüm addım atıb. Bank onlayn və mərkəzləşdirilmiş bilet xidməti platforması - iTicket şirkəti ilə strateji tərəfdaşlıq sənədi imzalayıb.
Bu tərəfdaşlıq Beyond Banking həllərinin köməyi ilə müştərilər üçün müxtəlif mədəniyyət və əyləncə tədbirlərinə çıxışı daha da rahat, əlçatan edir.
Tərəfdaşlıq sənədinə uyğun şəkildə ABB mobile tətbiqində ayrıca "iTicket guşəsi" olacaq, tətbiq istifadəçiləri iTicket-in biletlərini elə ABB mobile-dan ala biləcəklər. iTicket platforması istifadəçiləri platformadakı "ABB Zone" kateqoriyasının və ayrıca məlumat xarakterli səhifənin üstünlüklərindən yararlanacaq, ödənişlərini ABB ilə həyata keçirəcəklər.
Tətbiq və internet platformaları üzərindən inteqrasiyaların inkişaf etdirilməsi, yeni funksionallıqların qurulması, müştərilər üçün əlavə imtiyazlar yaradan birgə kampaniyaların həyata keçirilməsi və s. də strateji tərəfdaşlığa daxildir.
Belə bir tərəfdaşlıq müştəri təcrübələrini daha da zənginləşdirəcək, insanların həyat tərzinə onların fərdi ehtiyaclarına uyğun yeni dəyərlər gətirəcək. iTicket-in onlayn bilet satışı sahəsindəki təcrübəsi ilə ABB-nin geniş müştəri bazasının, rəqəmsal infrastrukturunun bir araya gəlməsi ölkəmizdə həyat tərzi bankçılığının inkişafına xidmət edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları