ABB-dən "Fayda Max Abunəlik" proqramı
®Müştərilər üçün davamlı üstünlüklər yaradan ABB daha bir maraqlı yeniliyini təqdim edib. Bu, "Fayda Max Abunəlik" proqramıdır. Bu yenilik ABB mobile istifadəçilərinə "Fayda Max" proqramının "Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərinə aylıq abunə olmaq imkanı yaradır. Belə ki, müştəri Fayda Max üzrə 1 aylıq tapşırıqları tamamlamağa başlayıb hər hansı mərhələyə çatır, abunə olmaq istədiyi mərhələ ilə mövcud mərhələ arasındakı qiymət fərqi qədər ödəniş edib istədiyi mərhələyə abunəlik qazanır.
Məsələn, əgər müştəri hələlik yalnız "Gümüş" mərhələyə çatıbsa, amma "Qızıl" mərhələ istəyirsə, yalnız fərq qədər — 12 AZN (19 – 7 = 12) ödəniş edib "Qızıl" mərhələyə abunə olur.
Müştəri tapşırıqları tamamlayaraq "Qızıl" mərhələyə çatıb lakin daha aşağı mərhələyə abunə olmaq istədikdə isə həmin ay üçün heç bir ödəniş tutulmur.
Abunəlik modeli seçilən mərhələ üzrə 1 aylıq aktivlik təmin edir və ödəniş olunan andan etibarən cari ayın sonuna qədər istifadə imkanı verir. Abunəlik hər ay avtomatik yenilənir.
Bu, ölkəmizdə mobil bankçılıqda tətbiq olunan ilk abunə əsaslı loyallıq sistemidir.
Aylıq ödənişlə dərhal mükafat və üstünlüklərə çıxış, tapşırıqlar vasitəsilə mərhələyə çatdıqda endirimli abunə haqqı, müştərinin seçiminə uyğun 3 fərqli paketin ("Bürünc" – 3 AZN, "Gümüş" – 7 AZN, "Qızıl" – 19 AZN) olması bunun üstünlükləridir. Abunəliyin avtomatik yenilənməsi – istifadəçi rahatlığına xidmət edir.
Fayda Max ABB mobile tətbiqinin bütün istifadəçiləri üçün yaradılmış loyallıq proqramıdır. Müştəri Fayda Max-a qoşulub mərhələlərin hər hansı birini tamamladığı halda, ona növbəti ay tamamladığı ən son mərhələyə uyğun mükafatlar təqdim olunur. Proqram haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
/ banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət