ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri

ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə MeneceriMüştəriləri ilə danışan bank olaraq ABB süni intellekt əsaslı daha bir yeniliyini təqdim edib. Yeni innovativ həll ABB mobile üzərindən təqdim edilən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceridir.
ABB mobile tətbiqindəki AI-nur və AI-khan bu yenilikdən sonra artıq yalnız suallara cavab verən süni intellekt köməkçisindən daha çox, müştərinin şəxsi maliyyə davranışlarını yönəldən, ona doğru yol göstərən fərdi bələdçilərdir.
Tətbiq istifadəçiləri fərdi maliyyə menecerləri AI-nur və AI-khan-la sadəcə danışaraq şəxsi büdcələrini daha aydın şəkildə nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilərlər.
Gəlir və xərclərinizi izləyib, maliyyə vərdişlərinizi nizamlayır!
Süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri müştərinin əməliyyat tarixçəsi əsasında onun gəlir və xərclərinin ətraflı təhlilini aparır, məlumatları vizuallaşdırılmış formada təqdim edir və müxtəlif dövrlər üzrə müqayisələr aparmağa kömək göstərir. Müştəri artıq sadəcə kart əməliyyatlarının siyahısına baxmaqla kifayətlənmir. O, gəlir və xərclərinin hansı kateqoriyalarda formalaşdığını, hansı dövrdə və nələrə daha çox vəsait xərclədiyini, hansı istiqamətlərdə gəlir və qənaət imkanlarının olduğunu süni intellekt köməkçisi vasitəsilə dəqiq öyrənə bilir.
Fərdi Maliyyə Menecerinin əsas üstünlüklərindən biri məlumatları müqayisəli şəkildə analiz etməsidir. Müştəri müxtəlif günlər, aylar, həftələr və ya daha uzun dövrlər üzrə maliyyə davranışındakı dəyişiklikləri öyrənmək imkanındadır. Məsələn, istifadəçi AI-nur və ya AI-khana "Bu ay ən çox nəyə pul xərcləmişəm?", "Son 30 gündə ən böyük 5 xərcim hansılar olub?", "Bu həftə restoranlara nə qədər xərcləmişəm?", "Bu il avtomobilimə neçə manatlıq yanacaq vurmuşam?", "Son 3 ayda əsas gəlirlərim hansı mənbələrdən formalaşıb" və s. kimi suallar ünvanlamaqla həm gəlir və xərclərini görür, həm də onların arxasındakı gündəlik davranış modelini dəqiqliklə anlayır.
Qərarlarınıza dəstək olur!
Bu yeni məhsul xüsusilə şəxsi büdcəsini izləmək, xərclərinə nəzarəti artırmaq, gəlir-xərc balansını daha düzgün qurmaq istəyən müştərilər üçün son dərəcə faydalıdır. Çünki müştəri artıq öz maliyyə vəziyyətini ümumi rəqəmlər üzərindən deyil, daha detallı və fərdi izahlarla görür.
Süni intellekt köməkçisi müştərinin gəlir və xərclərinin strukturunu təhlil edir, ona daha rasional maliyyə qərarları verməkdə kömək göstərir. Məsələn, abunəliklərə, təkrarlanan ödənişlərə, restoran və çatdırılma xərclərinə, nağdlaşdırmalara və s. digər kateqoriyalara ayrıca baxmaq mümkün olur.
Beləliklə, Fərdi Maliyyə Meneceri müştəriyə "Nə qədər xərcləmisən?" sualının cavabını verməklə yanaşı, "Nəyi dəyişsən, daha yaxşı idarə edə bilərsən?" sualına da praktik yanaşma təqdim edir.
Sizinlə danışaraq bank əməliyyatlarınızı yerinə yetirir!
AI-nur və AI-khanın funksionallığı yalnız maliyyə analitikası ilə məhdudlaşmır. Süni intellekt əsaslı fərdi maliyyə menecerləri müştərilərə gündəlik bank əməliyyatlarını səsli komanda əsasında icra etmək imkanı verir.
Müştərilər Azercell, Bakcell və Nar nömrələri üzrə mobil rabitə ödənişlərini AI-nur və AI-khana səsli komanda verməklə həyata keçirə bilirlər. Bununla yanaşı, ABB kartına və digər bank kartına kart nömrəsi və ya əvvəlcədən yaradılmış şablon vasitəsilə köçürmələr də AI-nur və AI-khanın köməyi ilə icra olunur.
Fərdi Maliyyə Meneceri kartlar və hesablar arasında köçürmələri, mobil nömrə ilə digər şəxslərə vəsait göndərilməsini, müxtəlif bank əməliyyatlarını və müştəri sorğularının cavablandırılmasını daha rahat formada təmin edir. Zərurət yarandıqda kartın bloklaşdırılması və yenidən aktivləşdirilməsi də AI-nur və AI-khan vasitəsilə həyata keçirilə bilir.
Abunəliklərinizi idarə edir!
ABB mobile istifadəçiləri indiyədək bütün Visa kartları üzrə TV, musiqi, əyləncə platformaları, təhsil, qida, çatdırılma və digər xidmətlərə abunəliklərini tətbiq üzərindən aktiv və deaktiv edə bilirdilər. İndi isə bu əməliyyatları müştərinin istəyi əsasında Fərdi Maliyyə Meneceri yerinə yetirir.
Müştəri AI-nur və ya AI-khanla sadəcə danışaraq abunəliklərini idarə edir. Bu isə gündəlik rəqəmsal xidmətlərdən istifadəni daha çevik və daha intuitiv edir.
4 milyondan çox qarşılıqlı ünsiyyət!
Qısa müddət ərzində AI-nur və AI-khanla 4 milyondan çox qarşılıqlı ünsiyyət qurulub. Bu göstərici müştərilərin süni intellekt əsaslı bank xidmətlərinə marağının sürətlə artdığını nümayiş etdirir.
ABB-nin təqdim etdiyi yeni süni intellekt imkanları bank xidmətlərini daha rahat, sürətli və əlçatan edir. Eyni zamanda, bu prosesdə təhlükəsizlik tələbləri yüksək səviyyədə qorunur. Bank yaxın dövrdə yeni funksiyalarla müştərilərin süni intellektdən istifadə təcrübəsini daha da inkişaf etdirəcək. / banker.az

Banklar     Tarix: 06 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler dollar kursu leobank kart dollar mezenne bitkoin