ABB ilə dünya çempionatına get

ABB ilə dünya çempionatına getABB Visa beynəlxalq ödəniş sistemi ilə birgə maraqlı müsabiqəyə start verib. Müsabiqə bu il Qətərdə keçiriləcək "FİFA Dünya Kuboku – Qətər-2022" – futbol üzrə dünya çempionatında iştirak üçün səyahət paketi və digər hədiyyələr qazandırır. Müsabiqə 01 – 30 oktyabr 2022-ci il tarixlərində davam edəcək və 3 mərhələdən ibarət olacaq. Şərtlərə görə, ilk 2 mərhələdə ABB-nin Visa kartları ilə və NFC sistemi vasitəsilə (mobil telefonla ödəmələr, ApplePay, GooglePay və s.) ən azı 50 manatlıq təmassız ödəniş etmiş hər müştəri müsabiqə iştirakçısı sayılacaq. Qaliblər əməliyyat saylarının nəticələrinə görə müəyyən olunacaq. Birinci və ikinci mərhələnin hər birinin 50 qalibi (ümumilikdə 100 qalib) olacaq. Onlara bu hədiyyələr veriləcək:
1-ci yer – 100 000 mil balansı olan ABB Miles kartı
2-10-cu yerlər – 30 000 mil balansı olan ABB Miles kartı
11-50-ci yerlər – balansında 200 manat olan TamKart
Birinci mərhələnin qalibləri ikinci mərhələdə iştirak etməyəcək. Finalın qalibi isə bütün iştirakçılar arasından seçiləcək. Belə ki, sonda bütün kampaniya ərzində müsabiqə şərtlərinə uyğun ən çox sayda ödəniş etmiş müştəri müəyyənləşəcək. Ona bu il Qətərdə keçiriləcək "FİFA Dünya Kuboku – Qətər-2022" – futbol üzrə dünya çempionatında tam iştirak paketi hədiyyə ediləcək. Bura gediş-dönüş aviabileti, tranzit xidməti, beşulduzlu hoteldə 5 gün qalmaq, qidalanmaq, final oyunlarına stadionun SkyBox bölməsində baxmaq daxildir.
Müsabiqənin şərtlərinə görə, hər iştirakçı eyni ticarət və xidmət məkanında maksimum 3 dəfə ödəniş apara bilər. Müsabiqədən yalnız saytda qeydiyyatdan keçmiş iştirakçılar faydalana biləcəklər. Saytda qeydiyyat imkanı 01 oktyabra qədər aktiv olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler bitkoin qiymeti kripto avtomobil xeberleri valyuta kurslari