ABB ilk yarımildə 903 mln. manat gəlir, 251 mln. manat xalis mənfəət əldə edib
Ölkənin ən iri bankı ABB (BFB-də səhm kimi $ABBNK) 2026-cı ilin ilk yarısını 250,6 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur.
Banker.az xəbər verir ki, mənfəətin artımına xalis faiz gəlirlərinin 11,9%, qeyri-faiz gəlirlərinin isə 45,8% artması dəstək verib. Eyni zamanda, mümkün zərərlər üzrə yaradılmış məqsədli ehtiyatlar 14,9% azalaraq mənfəətə müsbət təsir göstərib. Mənfəət vergisindən əvvəlki mənfəət isə 57,3% artaraq 299,6 milyon manata yüksəlib.
Bankın faiz və qeyri-faiz gəlirlərinin cəmi olan ümumi gəlirləri 903,4 milyon manat olub ki, bu da illik müqayisədə 23,8% artım deməkdir. Ümumi xərclər (faiz və qeyri-faiz xərclərinin cəmi) isə 536,5 milyon manata çataraq 15,4% yüksəlib. Beləliklə, gəlirlərin artım tempi xərcləri üstələyib və əməliyyat gəlirliliyi yaxşılaşıb. Faiz gəlirləri 15,3%, faiz xərcləri 20,8%, qeyri-faiz gəlirləri 45,8%, qeyri-faiz xərcləri isə 11,4% artıb.
2026-cı il iyulun 1-nə ABB-nin cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 12,3% artaraq 15,3 milyard manata çatıb. Aktivlərin tərkibində xalis müştəri kreditlərinin həcmi 7 milyard manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 6,9% çoxdur və ümumi aktivlərin 45,5%-ni təşkil edir. Kredit portfelinin strukturunda istehlak kreditləri 8,8% artaraq 2,16 milyard manata, biznes kreditləri 3,4% artaraq 3,66 milyard manata, ipoteka və daşınmaz əmlak kreditləri isə 14,6% artaraq 1,78 milyard manata yüksəlib. Portfeldə ən böyük payı 48,2% ilə biznes kreditləri saxlayır, istehlak kreditlərinin payı 28,4%, ipoteka kreditlərinin payı isə 23,4% təşkil edib.
Bankın öhdəlikləri ilin əvvəli ilə müqayisədə 14,4% artaraq 13,1 milyard manata, kapitalı isə 1,2% artaraq 2,23 milyard manata yüksəlib. Depozit portfeli 4,1% artımla 9,26 milyard manat təşkil edib. Bu dövrdə fiziki şəxslərin depozitləri 14,4% artaraq 3,89 milyard manata yüksəldiyi halda, hüquqi şəxslərin depozitləri 2,3% azalaraq 5,36 milyard manata enib. Bölüşdürülməmiş mənfəət ilin əvvəli ilə müqayisədə 8,1% artaraq 671,8 milyon manata çatıb.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları