ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi®ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməsi istiqamətində fəaliyyətini daha geniş imkanlarla davam etdirməyə şərait yaradacaq.
Pirallahı Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni texnologiyaların hazırlanması və innovativ layihələrin həyata keçirilməsi üçün yaradılmış texnoloji inkişaf mühitidir. Park Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə yaradılıb və texnologiya əsaslı şirkətlərin fəaliyyətinin inkişafına, innovativ layihələrin reallaşdırılmasına, yeni texnoloji həllərin hazırlanmasına dəstək göstərir. Parkın əsas məqsədlərindən biri biliklərə əsaslanan iqtisadiyyatın inkişafına töhfə vermək, innovativ bizneslərin formalaşmasını təşviq etmək və yaradılan texnoloji məhsulların kommersiyalaşdırılması üçün əlverişli imkanlar yaratmaqdır.
Bu yanaşma ABB İnnovasiyanın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir. Şirkət innovativ ideyaların real məhsullara çevrilməsini, texnoloji həllərin inkişafını və yaradılan məhsulların kommersiyalaşdırılaraq bazara çıxarılmasını dəstəkləməyi hədəfləyir. Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti kimi ABB İnnovasiya bu istiqamətdə fəaliyyətini genişləndirərək yeni texnoloji və rəqəmsal məhsulların inkişafına, onların yerli və xarici bazarlarda təqdim olunmasına və tərəfdaşlıqların qurulmasına fokuslanacaq.
ABB İnnovasiya texnologiya ekosisteminin inkişafında yalnız məhsul istiqamətində deyil, həm də insan kapitalının formalaşdırılması və innovasiya mədəniyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün şirkətin rəsmi veb-saytını və sosial media hesablarını izləyə bilərsiniz. / banker.az

Banklar     Tarix: 17 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Moody"s: Dünya bankları 2027-ci ilə güclü mövqedə daxil olacaqlar

Moody"s reytinq agentliyinin ekspertləri hesab edirlər ki, əlverişli iqtisadi şərait və dayanıqlı gəlirlilik sayəsində qlobal bank sektoru 2027-ci ilə güclü mövqedə daxil olacaq. Reuters yazır ki, Moody"s-in qiymətləndirməsin

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı


iqtisadi xeberler biznes krediti leobank kart bitkoin kripto