ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi

ABB investisiya imkanlarını hər kəsə əlçatan etdiABB daha bir faydalı layihəsini təqdim edir. Bankın mobil əlavəsi olan ABB
mobile tətbiqində investisiya imkanları da yaradılıb.
Bankın törəmə şirkəti "ABB-İnvest"-lə inteqrasiya sayəsində tətbiqdə bu şirkət
vasitəsilə investisiya xidmətləri göstərilir. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilərlər.
Hələlik ABB mobile ilə ABŞ fond bazarlarında investisiyalar etmək mümkündür. Yaxın gələcəkdə isə imkanlar daha da genişləndiriləcək.
ABB mobile tətbiqi ilə investisiya edib qazanmaq təhlükəsiz, rahat və sadədir. İnvestisiyanı məhz ABB mobile ilə etməyin başqa bir çox mühüm üstünlükləri də var:
-Müştəri birbaşa öz adına səhmlər və digər qiymətli kağızlar alıb-sata bilir.
-250 000 ABŞ dollarınadək pul vəsaiti olmaqla, 500 000 ABŞ dollarınadək
qiymətli kağızlar ABŞ-ın qiymətli kağızlar sahəsində İnvestorların Müdafiəsi
Korporasiyası (The Securities Investor Protection Corporation) tərəfindən dərhal
sığortalanır.
-İnvestisiyaya başlamaq üçün müştəri lazımi sənədləşmələri filiala
gəlmədən, SİMA rəqəmsal imzası ilə tam onlayn həyata keçirir.
-Anında yenilənən investisiya portfelini və pulqabındakı dividend qazancını
daim nəzarətdə saxlaya bilir.
-Səhmləri tam, yaxud hissəvi almaq imkanı var. İnvestisiyaya kiçik
məbləğlərlə də başlamaq olar.
Üstəlik, mayın sonuna qədər ABB mobile üzərindən investisiya hesabı açan
istifadəçilər qiymətli kağız alışlarını komissiyasız edəcəklər.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "ABB mobile
tətbiqimizin funksionallıqları getdikcə genişlənir. O, müştərilərimizin maliyyə
xidmətləri ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir.
Bu dəfə "ABB İnvest" şirkətimizlə ABB mobile-ın imkanlarını birləşdirdik və
investisiya fəaliyyətini hər kəsə əlçatan etdik. Bu yenilik ABB mobile istifadəçiləri
üçün yeni qazanc fürsətləri yaradacaq".
ABB mobile tətbiqi ilə investisiya imkanları haqqında daha ətraflı məlumatları
buradan əldə etmək olar. İnvestisiya imkanlarından hələlik iOS istifadəçiləri yararlana
bilər. Yaxın günlərdə isə bu imkan Android istifadəçilərinə də açıq olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 08 may 2023

Oxşar xəbərlər

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır. Bunu AMB-nin Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bankların xərcləri artır

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

"NAS Project BOKT"ın mənfəəti 11% azalıb - Təşkilat xərc və borclanma təzyiqi ilə üzləşib

"NAS Project BOKT" ASC 2025-ci ili 524 min 713 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 64 min 1 manat və ya 10,9% azdır. 2024-cü ildə BOKT-un xalis mənfəəti 588 min 714 manat təşkil etmişdi

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo


iqtisadi xeberler biznes ideyalari dollar kursu 1000 manatla biznes telefonla pul qazanmaq