ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi

ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi(®) ABB daha bir faydalı layihəsini təqdim edir. Bankın mobil əlavəsi olan ABB mobile tətbiqində investisiya imkanları da yaradılıb.
Bankın törəmə şirkəti "ABB-İnvest"-lə inteqrasiya sayəsində tətbiqdə bu şirkət vasitəsilə investisiya xidmətləri göstərilir. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilərlər. Hələlik ABB mobile ilə ABŞ fond bazarlarında investisiyalar etmək mümkündür.
Yaxın gələcəkdə isə imkanlar daha da genişləndiriləcək.
ABB mobile tətbiqi ilə investisiya edib qazanmaq təhlükəsiz, rahat və sadədir. İnvestisiyanı məhz ABB mobile ilə etməyin başqa bir çox mühüm üstünlükləri də var:
-Müştəri birbaşa öz adına səhmlər və digər qiymətli kağızlar alıb-sata bilir.
-250 000 ABŞ dollarınadək pul vəsaiti olmaqla, 500 000 ABŞ dollarınadək qiymətli kağızlar ABŞ-ın qiymətli kağızlar sahəsində İnvestorların Müdafiəsi Korporasiyası (The Securities Investor Protection Corporation) tərəfindən dərhal sığortalanır.
-İnvestisiyaya başlamaq üçün müştəri lazımi sənədləşmələri filiala gəlmədən, SİMA rəqəmsal imzası ilə tam onlayn həyata keçirir.
-Anında yenilənən investisiya portfelini və pulqabındakı dividend qazancını daim nəzarətdə saxlaya bilir.
-Səhmləri tam, yaxud hissəvi almaq imkanı var. İnvestisiyaya kiçik məbləğlərlə də başlamaq olar. Üstəlik, mayın sonuna qədər ABB mobile üzərindən investisiya hesabı açan istifadəçilər qiymətli kağız alışlarını komissiyasız edəcəklər.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
"ABB mobile tətbiqimizin funksionallıqları getdikcə genişlənir. O, müştərilərimizin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir. Bu dəfə "ABB İnvest" şirkətimizlə ABB mobile-ın imkanlarını birləşdirdik və investisiya fəaliyyətini hər kəsə əlçatan etdik. Bu yenilik ABB mobile istifadəçiləri üçün yeni qazanc fürsətləri yaradacaq".
ABB mobile tətbiqi ilə investisiya imkanları haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar. İnvestisiya imkanlarından hələlik iOS istifadəçiləri yararlana bilər. Yaxın günlərdə isə bu imkan Android istifadəçilərinə də açıq olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.  / marja.az

Banklar     Tarix: 08 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq