ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir®ABB 10 iyul 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə start verir. Bu mərhələdə Bank kapital bazarına 7-ci istiqraz buraxılışını təqdim edəcək. Emissiyanın ümumi həcmi 5 000 000 AZN-dir.
İstiqrazların nominal dəyəri 100 AZN, valyutası Azərbaycan manatıdır. 24 ay müddətinə buraxılan istiqrazlar üzrə illik kupon dərəcəsi 10%-dir. Emissiya faizli və təmin edilməmiş istiqrazlar kateqoriyasına aiddir.
Kupon ödənişləri aylıq həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə aparılacaq. Abunə müddəti 3 təqvim həftəsi davam edəcək.
Emissiya üzrə anderrayter və market-meyker funksiyalarını "ABB İnvest" həyata keçirir.
ABB bu emissiya ilə kapital bazarında davamlı aktivliyini daha da gücləndirməyi, investorlara isə sabit gəlirlilik potensialına malik, əlçatan və etibarlı investisiya aləti təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, Bankın 2026-cı ilin iyun ayında həyata keçirdiyi əvvəlki istiqraz emissiyası da uğurla başa çatıb. Ümumi həcmi 10 milyon AZN olan buraxılış tam yerləşdirilib, investorlardan daxil olan sifarişlərin həcmi isə təklifi təxminən iki dəfə üstələyib. Bu da ABB istiqrazlarına olan yüksək marağın növbəti dəfə təsdiqidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 08 iyul 2026

Oxşar xəbərlər

"ASB Bank"ın rəhbərlərindən biri vəzifəsindən ayrılır

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətində dəyişiklik baş verib. xəbər verir ki, İdarə Heyətinin üzvü İlker Hepçorman vəzifəsindən ayrılıb. O, 2024-cü ilin avqustunda bu vəzifəyə təyin edilmişdi. Bununl

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı oldu

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin onlayn formatda iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub. Layihəni

"Ambisiyamız kifayət qədər böyükdür" - MÜSAHİBƏ

AFB Bankın Mikro və Aqro Kreditlər Departamentinin direktoru Aslan Nəbiyev bankın mikro, aqro və KOS kreditləşməsi istiqamətində əldə etdiyi nəticələr, rəqəmsallaşma, regionlarda sahibkarların maliyyələşdirilməsi və qarşıdak

Azər Türk Bank və "YAŞAT" Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb. Azər Tür

"Bank Respublika" 24 sentyabrda mühüm qərarlar verəcək

"Bank Respublika" ASC nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 24 sentyabr 2026-cı il saat 12:00-da bankın Bak

Sabahdan PAŞA Bank kartlarına yeni məhdudiyyətlər tətbiq ediləcək

"PAŞA Bank" kartlara mədaxil əməliyyatları üzrə yeni qaydaların tətbiqinə başlayır. xəbər verir ki, Bankın açıqlamasına əsasən, yeni limitlər 18 avqust 2026-cı il tarixindən qüvvəyə minəcək. VTB-də minimal fai

Azərbaycanın bank sektorunda süni intellekt infrastrukturunun inkişafına doğru mühüm addım

Ölkəmizdə süni intellekt infrastrukturunu inkişaf etdirən ABB "Dell PowerEdge XE9780" platforması əsasında çalışan və "8x NVIDIA HGX B200 GPU" ilə təchiz olunmuş yüksək performanslı AI serverinin məluma

İyulda bank sektoruna 93 yeni işçi qatılıb

2026-cı ilin iyul ayının sonuna bank sektorunda çalışanların sayı 0.3% və ya 93 nəfər artaraq 27 55 nəfər təşkil edib. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Onu da qeyd edək ki, iyun ayının sonuna ban

Şirkətlər rəqəmsal ödənişlərdən daha çox nağd pula üstünlük verirlər

Avropa Mərkəzi Bankının (ECB) yeni məlumatlarına görə, COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə müşahidə olunan nağd pul qəbulunun azalması dayanıb. 2026-cı ildə avrozonada fiziki satış nöqtələrində mal və xidmə


iqtisadi xeberler telefonla pul qazanmaq investisiya biznes qurmaq bitkoin almaq