ABB kredit portfelini ilin ilk yarısında 15% artırıb
2024-cü ilin ilk yarısının sonuna ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) müştərilərə verdiyi kreditlərin ümumi həcmi 5 mlrd. 807.9 mln. manat olub.
Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu da cari ilin əvvəli ilə müqayisədə 15% artım deməkdir. 2023-cü ilin sonunda müştərilərə verilmiş kreditlərin həcmi 5 mln. 48.8 mln. manat təşkil etmişdi.
Bank 2024-cü ilin ilk yarısında 468 minə yaxın kredit müqaviləsi bağlamış olub.
ABB hesabat müddəti ərzində istehlak kreditlərini 20%, biznes kreditləri 14% və ipoteka kreditləri isə 11% artıb.
Kreditin bölgüsü
30.06.2024
31.12.2023
Dəyişiklik (%)
İstehlak
1,646.4 mln. manat
1,370.1 mln. manat
20.2% artım
Biznes
2,862.5 mln. manat
2,504.6 mln. manat
14.3% artım
İpoteka
1,298.9 mln. manat
1,174.0 mln. manat
10.6% artım
Bank cari ilin ilk 6 ayı ərzində müştərilərə verdiyi kreditlərdən 309.56 milyon manatlıq faiz gəliri əldə edib, bu 2023-cü ilin müvafiq dövründəki 212.64 mln. manatdan 46% yuxarı göstəricidir.
Bankın kreditlərinin yalnız 221.71 mln. manatı və ya 3.81 faiz hissəsi vaxtı keçmiş sayılır.
Bankın kreditlərinin 4.4 mlrd. Manatı millli valyutada, 943.16 mln. manat ekvivalenti (və ya 554.8 dolları) həcmi ABŞ dollarındadır.

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?