ABB mobile tətbiqində sığorta xidməti

ABB mobile tətbiqində sığorta xidmətiABB mobile-ın imkanları getdikcə genişlənir. Mobil tətbiqdə daha bir xidmət əlçatan olub. ABB mobil istifadəçiləri tətbiq vasitəsilə indi sığorta xidmətindən də yararlana bilərlər. Beləliklə, ABB özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim edən ilk Azərbaycan banklarından oldu. Bank bu imkanı "Atəşgah" sığorta şirkəti ilə inteqrasiya sayəsində yaradıb.
İstifadəçilər ABB mobile üzərindən icbari, əmlak, tibbi sığorta, səfər sığortası xidmətlərini ala biləcəklər. İlkin mərhələdə tətbiqdə bu sığorta növlərindən hələlik səfər sığortası aktivdir. Yaxın zamanlarda isə digər sığorta xidmətlərindən də istifadə mümkün olacaq.
Xatırladaq ki, bu günlərdə ABB mobile tətbiqində investisiya xidmətləri də təqdim olunub. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq "ABB-İnvest"-lə səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazana bilirlər. Bu cür inteqrasiya həlləri ilə ABB-nin mobil əlavəsi istifadəçilərin maliyyə ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İnvestisiya xidmətlərinin ardınca sığorta xidmətlərini də ABB mobile-də təqdim etməkdən məmnunuq. Hədəfimiz universal maliyyə qrupu kimi müştərilərimizin ehtiyac duyduqları bütün maliyyə xidmətlərini bir platformada toplamaq və ən yaxşı rəqəmsal təcrübə ilə onlara daha əlçatan etməkdir".
ABB mobile tətbiqi ilə sığorta xidmətlərindən istifadə imkanları barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. Tətbiqi yükləyib onun üstünlüklərindən faydalana bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən,   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 25 iyun 2023

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler dollar məzənnəsi bitkoin bank faizleri kicik biznes