ABB-nin dəstəyi ilə 36 000 ağac əkilir

ABB-nin dəstəyi ilə 36 000 ağac əkilir®ABB dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq ölkəmizdə ətraf mühitin qorunmasına dəstək layihələrini davam etdirir. Bankın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Visa beynəlxalq ödəniş təşkilatı ilə tərəfdaşlıq əsasında reallaşdırdığı TamEco kartı layihəsi çərçivəsində Müşfiqabad qəsəbəsində ağaclar əkilib. Ağaclardan ilk 650-i ABB-nin əməkdaşları əkiblər. TamEco layihəsi üzrə ümumən 36 000 ağac əkiləcək.  
Layihəyə əsasən, müştərilər ABB-dən TamEco kartı sifariş verdikdə hər karta görə bir ağac əkilməsi nəzərdə tutulurdu. Ağac tinglərinin alınması üçün ianəni müştərinin adından Bank öz hesabına ödəyirdi. Beləliklə, ABB-dən bir TamEco kartı sifariş etmiş hər müştəri bununla ölkəmizdə bir ağac böyütmüş olacaq. 
TamEco kartı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıl gələcək" layihəsi çərçivəsində yaradılmış bank məhsuludur. Kartın özü dünya okeanından toplanmış təkrar emal olunan plastik materialdan hazırlanıb. Bu, Visa-nın bazasında təkcə Azərbaycanda deyil, ümumən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda təqdim olunan ilk eko kartdır. Layihənin məqsədi ölkə ərazisində yaşıllıqların artırılması, cəmiyyətdə ekoloji mədəniyyətin inkişafı, ətraf mühitlə bağlı fərdi məsuliyyət hissinin gücləndirilməsidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 07 noyabr 2023

Oxşar xəbərlər

"Naxçıvanbank"ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik

Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesa

BOKT "KREDEX" QSC 2025-cü il üzrə maliyyə göstəricilərini açıqladı

BOKT "KREDEX" QSC 2025-ci ili 1 milyon 95 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2024-cü ili 1 milyon 298 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "KREDEX" QSC -nin xali

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,75 milyard ABŞ dolları həcmində sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Vəsaitin xarici ticarəti

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır

ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliy

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli

"Unibank"dan biznes sahiblərinə xüsusi təklif: "Biznesinizə 6 qat dəstək"

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Biznesinizə 6 qat dəstək" adlanan kampaniya çərçivəsində mayın 31-dək "Unibank"da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlə

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves


iqtisadi xeberler bu gunun xeberleri valyuta xeberleri biznes qurmaq iqtisadiyyat xeberleri